Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Zümrüd Yağmur Fuad Qəhrəmanlını həyatından sildi - FOTO

Zümrüd Yağmur Fuad Qəhrəmanlını həyatından sildi - FOTO
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun "Facebook" səhifəsində atası ilə bağlı yaydığı məlumat ciddi rezonans doğurub. Hazırda Niderlandda olan S.Yağmur anasının boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, boşanmaya səbəb F.Qəhrəmanlının həyat yoldaşı və qızlarına qarşı zorakılıq göstərməsi olub.
Yenixeber.org:    "Fuad Qəhrəmanlının evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur" - S.Yağmur yazıb.

AXCP-yə yaxın mənbələrdən daxil olan məlumata görə, ailənin boşanma ərəfəsində olması xəbəri doğrudur. Yaxın aylarda boşanma rəsmiləşəcək.



Maraqlıdır ki, Zümrüd Yağmur "Facebook" profilində Fuad Qəhrəmanlı ilə evli olması barədə qeydi də silib. Hətta onu dostluqdan çıxarıb. Məlum olub ki, F.Qəhrəmanlının ailəsində münasibətlər hələ onun həbsindən əvvəl pisləşməyə başlayıb. Son günlər isə şiddətli hal alıb.



Xatırlayırsınızsa, Z.Yağmurun F.Qəhrəmanlı həbsdə olarkən Milli Şuranın keçirdiyi mitinqlərə geyiminin üzərində həyat yoldaşının yox, Nardaran hadisələrinə görə həbs edilən Hacı Talehin (Bağırov) fotoları ilə qatılması diqqətdən yayınmamışdı.

Sual olunurdu ki, hansı səbəbdən onun yaxasına taxdığı vərəqədə ərinin yox, Taleh Bağırzadənin şəkli olub, öz həyat yoldaşından çox radikal dindarı müdafiə edən çıxışlar edib?.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam