Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb –Rusiyada

Rusiyada saxlanılmış jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb.

Yenixeber.org: Bu barədə Fuad Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.

Onun sözlərinə görə, iyunun 21-də aparılan axtarışdan sonra Fuad Abbasovun ailəsi ciddi narahatlıq keçirib:

“Çox güman ki, hansısa işlə əlaqədar bu axtarış aparılıb. Axtarışın hansı səbəbdən aparıldığını aydınlaşdıracağıq”.

Qeyd edək ki, dünən axşam saatlarında evlərində axtarış aparılması və bütün elektron avadanlıqların götürülməsi barədə məlumat F.Abbasovun “Facebook” səhifəsində də qeyd olunub.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam