Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Milli Şura növbəti mitinqə hazırlaşır

 

mitinq_1_07mOCYAAjh0n

Milli Şura növbəti mitinqə hazırlaşır

       "Xeberinfo.com": Hafta.az-a daxil olan məlumata görə, onlar mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi müzakirə edirlər. Məsələ ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da sosial şəbəkədəki şəxsi səhifəsi vasitəsilə Milli Şura tərəfdarlarına müraciət edərək, onları yenidən aksiya etmək üçün səsləyib: “Milli Şuranın 12 oktyabr mitinqi cəmiyyətdəki ətaləti, siyasi durğunluğu aradan qaldırdı. İndi xeyli adam ruhlanıb, fəal mübarizə aparmaq istəyir. Aydındır ki, bu nəticə təkcə mitinqin olmasına görə deyil, həm də aksiyanın uğurlu alınmasına görədir. O zaman nəyə görə növbəti mitinqi keçirməyək? Gəlin vaxt itirməyək və daha kütləvi bir mitinq üçün indidən hazırlıq işlərinə başlayaq”.

      Partiya sədrinin digər müavini Gözəl Bayramlı da F.Qəhrəmanlının fikrinə dəstək olaraq bildirib: “Mitinqlər faceebok-un əsas müzakirə mövzusudur. Mütləq davam etməliyik. Vaxt itirmədən hazırlıqlarımızı daha da gücləndirməliyik”.

      Çağırışı 100-dən çox AXCP və digər müxalif partiya üzvləri olan şəxslər də dəstəkləyib.Qeyd edək ki, Milli Şura 12 oktyabr tarixində Məhsul stadionunda mitinq keçirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam