Ali Məhkəmənin hakimi maxinasiyasıda ittiham olunur
“Dəmirovlar Tovuzda heç kimin ağlına gəlməyən biznes növü yaradıblar. Şəbəkə halında çalışan məmurlar mülkiyyətə aid sənədləri etibarsız hala salır, vətəndaşın çıxılmaz vəziyyətindən istifadə edərək ondan sənədlərinin bərpası müqabilində iri məbləğdə pul alırlar”
"Xeberinfo.com": Məlumata görə, bu sözləri “Yeni Müsavat”a Tovuz sakini Eldəniz İbrahimov deyib.
O, Trarətdir. İmza sahibləri notariusda iştirak etməyib və həmin təhkim aktı heç bir yerdə qeydiyyatda deyil!!!”
E.İbrahimov bildirib ki, həmin təhkim aktı qanuni şəkildə dövlət orqanları tərəfindən verilmiş sənədləri təkzib edir: “Saxta akt Mahir Möhsün oğlu Qasımov və ailə üzvlərinə verilən JN-394 nömrəli 6 sot torpağın 1991-ci ildə guya Dəmirovların qaynı Asif Zeynalova təhkim edildiyini göstərir. İlham Dəmirov saxta təhkim aktını Tovuz rayon məhkəməsi hakimi Loğman Süleymanova təqdim edərək JN-394 nömrəli şəhadətnamənin, orada tikilmiş evin çıxarışının ləğvi və sökülməsini tələb edib. Məhkəmədə hakimə Xalq Deputatları Sovetinin (XDS) qərarı ilə 2006-cı ildə Asif Zeynalova verilmiş JN-317 nömrəli torpaq şəhadətnaməsini və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) bu haqda elektron xəritəsini təqdim etdik. Elektron xəritədən də açıq-aşkar görünürdü ki, 394 nömrəli torpaqla və 317 nömrəli torpaq bir-birindən 200 metr aralıdır. Hakim bunu görmədi. Məhkəmədən təhkim aktını imzalayanları çağırıb dindirilməsini və işə cəlb edilməsini tələb etdik.
Lakin Loğman Süleymanov bizim təqdim etdiyimiz sənəd-subutları, vəsatətlərimizi təmin etmədi. Əgər Loğman Süleymanov bizim vəsatətimizi qəbul edib müvafiq qiymət versəydi, məhkəmənin qətnaməsi qanuni olar, amma Ali Məhkəmənin hakimi İlqar Dəmirovun qardaşı İlham Dəmirovun sözü yerə düşərdi. Ona görə də hakim vəsatəti qəbul etməyib qanunsuz və əsassız qətnamə çıxardı”.
E.İbrahimov bildirib ki, qətnamədən şikayət veriblər: “Loğman Süleymanovun qərarından biz Gəncə Apelyasiya Məhkəməsinə şikayət verdik. Hakim Rahib Nəbizadə qanunsuz qətnaməni ləğv etdi. Lakin İlham Dəmirov Ali Məhkəmənin qərarı ilə Tovuz Məhkəməsinin qanunsuz və əsassız qətnaməsini qüvvədə saxlatdırdı. Şübhəsiz ki, bu qərarın verilməsi həmin Ali Məhkəmədə hakim olan İlqar Dəmirovun vasitəsi ilə mümkün oldu”.
E.İbrahimov bildirib ki, Aşağı Eyyublu kəndinin icra nümayəndəsi Dəmirovların yaxın qohumudur: “Kəndin icra nümayəndəsi Asif Zeynalova XDS-nin qərarı ilə verilmiş JN-317 nömrəli torpağı bələdiyyə torpağı adı ilə başqa şəxsin adına sənədləşdiriblər. Bu adamlar belə qanunsuzluqlar etməklə pul qazanırlar. Sonra da bizim yaşadığımız JN-394 nömrəli torpağa Asif Zeynalovun adına saxta təhkim aktı tərtib edərək məhkəmədə iddia qaldırırlar və nüfuzlarından istifadə edərək qələbə qazanırlar. Bizim evin sökülməməsi üçün 20 min manat tələb edirlər”.