Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BŞBPİ: Adam öldürməkdə təqsirləndirilən qadın 3 il öncə daxili işlər orqanlarından xaric edilib

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Abşeronda adam öldürməkdə təqsirləndirilən qadının polis əməkdaşı olması ilə bağlı iddialara münasibət bildirib.

Yenixeber.org: İdarənin Mətbuat xidmətindən bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur.

"Polis əməkdaşı olduğu iddia olunan Günel Qasımova 2016-cı ilin yanvar ayında daxili işlər orqanlarından xaric edilib", deyə BŞBPİ-dən bildirilib. 

Qeyd edək ki, G.Qasımova Abşeron rayonunun Xırdalan şəhərində sevgilisini öldürməkdə təqsirləndirilir. 

Hadisə 2018-ci ilin oktyabr ayında parkda baş verib. Xıdralan şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qasımova Günel Eldar qızı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

G.Qasımovanın cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam