Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

YPX postunda əməliyyat:Qətl törədən şəxs ələ keçdi

 

YPX postunda əməliyyat: Qətl törədən şəxs ələ keçdi
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Yenixeber.org: DİN Mətbuat Xidmətindən verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə qeyd edilən mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabulrayonu ərazisindəki YPX postunda yoxlama məqsədilə saxlanılıb.

Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam