Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Bakıda avtomobildən oğurluq edən iki qardaş tutulub

 

Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb


Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 1-nə keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsində Bakı şəhər sakini N.Məmmədova məxsus “Lada Priora” markalı avtomobildən maqnitofonun oğurlanması barədə 7-ci Polis Bölməsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların paytaxt sakinləri olan iki qardaş - əvvəllər məhkum olunmuş Füzuli Mustafayev və Nizami olduqları müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 30-da Gəncə şəhər sakini R.Yusifova məxsus “VAZ-2106” markalı avtomobildən 200 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla şəhər sakini olan, əvvəllər məhkum olunmuş Atəş Paşayevin digər cinayət əməllərinin də üstü açılıb. Onun mayın 22-də şəhər ərazisində daha 2 avtomobildən pul, maqnitofon, videoqeydiyyat qurğusu və 15 litr yanacaq oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam