Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

I sinfə qəbulun ilk mərhələsi yekunlaşır

  Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi iyunun 14-ü yekunlaşır

Yenixeber.org: Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Yeni dərs ili üçün I mərhələdə (22 fevral-14 iyun) onlayn qeydiyyatdan keçmiş valideynlər iyunun 20-dək övladının sənədlərini məktəbə təqdim etməlidirlər. I sinfə qəbul prosesində 14 iyun tarixinədək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-nə kimi məktəbə təqdim olunmadığı halda, həmin sorğu sistemdən silinəcək.
Elektron sənəd qəbulunun II mərhələsinə iyunun 15-dən start veriləcək. İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. İkinci mərhələdə sənədlərin məktəbə təqdim olunma müddəti 20 iyun 2018-ci ildən 18 sentyabr 2018-ci ilə (iyul ayı istisna olmaqla) qədər davam edir.
Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
I sinfə şagird qəbulu üçün valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə sənədi, xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş və natorial qaydada təsdiq edilmiş)), uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”si valideyn (qanuni nümayəndə) tərəfindən məktəbə təqdim edilməlidir.
Ümumilikdə, 2018-2019-cu tədris ili üçün bugünədək I sinfə qəbul üzrə 42 325 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir.
Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatİk I sinfə qəbul üzrə qeydə alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam