Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“5500 pul veririk, müəllim uşaqlara “tupoy” deyir”- “Evrika”dan şikayət

Övladları "Evrika” liseyinin 6 D sinfində təsil alan bir qrup valideyn dərs prosesindən narazı olduğu üçün redaksiyaya müraciət edib. 
Yenixeber.org "Qafqazinfo”ya istinadən xəbər verir ki, valideynlər bildiriblər ki, lisey rəhbərliyi onların şikayətlərinə biganə yanaşır:
"Özəl liseydə təhsil daha keyfiyyətli olar deyə övladımızı bu təhsil müəssisəsinə qoymuşuq. İldə nə az, nə çox 5500 manat pul ödəyirik. Otaqlarda kamera sistemi var və dərsləri onlayn izlədiyimiz zaman dəfələrlə sinifdə özbaşınalığın olduğunu, uşaqların müəllimə məhəl qoymadığını görmüşük. Sinif rəhbərlərinin yaşı 60-dan çoxdur, uşaqları sakitləşdirə bilmir. Müəllimlərin dərs davamiyyəti də çox aşağıdır, boş dərslər əvəz olunmur. Musiqi müəlliməsi hər dəfə sinfə girəndə uşaqlara "tupoy” deyir. Direktora, köməkçilərinə müraciət edirik, şikayətimizə baxılmır”.
Valideynlər liseydə müşahidə etdikləri problemlərlə bağlı Təhsil Nazirliyinə də müraciət edib. Qurumdan cavab olaraq bildirilib ki, onlar özəl liseylərə cavabdeh deyil.
Şikayətlə bağlı liseyin direktoru Ofeliya Muradova ilə əlaqə saxlayıb. Direktor valideynlərin narazılıqlarının haqsız olduğunu, liseydə bütün valideyn şikayətlərinin dinlənildiyini bildirib:
"Valideynlər tərəfindən yönləndirilmiş bütün suallara baxırıq və cavab veririk”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam