Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Abşeron Gənclər Şəhərciyində yeni açılan “Abşeron” restoranında dərəbəylikdi –ŞİKAYƏT

 

Yenixeber.org: Bakı-Sumqayıt magistral trasının kənarında yerləşən Abşeron Gənclər Şəhərciyində yeni fəaliyyətə başlayan “Abşeron” adlı restoranda istehlakçıların kütləvi aldadılması prosesi baş verir. Həmin restoranın daimi müştərisi olan şəxsin redaksiyamıza verdiyi məlumata görə, yeni açılandan sonra bir neçə gün normal fəaliyyət göstərən restoranda hazırda əsl dərbəylik hökm sürür:

“Şəhərciyin əhalisi çoxdur. Burada normal bir restoran yox idi. “Abşeron” açılanda sevindik ki, istirahətimiz üçün normal bir məkan açıldı. İnsafən demək lazımdır ki, restoran çox ideal şəkildə təmir edilib. Ümumi zal və kabinetlər fəaliyyət göstərir. İlk günlərdə qiymətlər də normal idi. İndi isə menyuda göstərilən qiymətlə, yekun hesabdakı qiymətlər uyğun gəlmir. Bununla da istehlakçıların kütləvi aldadılması prosesi baş verir. Etiraz edən müştərilərlə çox kobud rəftar edilir. Axırıncı dəfə dostumla iki nəfərə 8 bakal pivə, bir ədəd tum, bir pors pendir, bir noxud, iki lahmacuna bizdən 32 manat aldılar. Pivəni də 300 qramlıq bakalda verirlər. Halbuki əvvəl eyni sifarişə qat-qat az pul alırdılar. Etiraz etdik, rəhbərlik bizə dedi ki, hara istəyirsiniz şikayət edin”.

Araşdırmışıq ki, sözügədən restoran əslən Naxçıvandan olan Məcnun adlı iş adamına məxsusdur. Həmin şəxsin restoranla üzbəüz “Abşeron” adlı çox böyük bir supermarketi də fəaliyyət göstərir. Abşeron rayonunun bütün qurumları ilə yaxın münasibət qurmağı bacardığı üçün, Məcnunun obyektlərində belə özbaşınalığın hökm sürdüyü bildirilir. Barəsində tənqid söylənilən restoranı hazırda Məcnunun bacısı oğlu idarə edir. Yəqin ki, bu tənqidi yazımızdan sonra Abşeron rayonunun əlaqədar qurumları sözügedən ünvanda baş verən ozbaşınalıqla bağlı lazımi tədbir görəcəklər.(azinforum.az)

Rövşən ƏLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam