Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Akkord" seçkini boykot edib?-Abşeron Gənclər Şəhərciyində

 

  

 

 
Yenixeber.org: Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Abşeron Gənclər Şəhərciyinə aidiyyəti yoxdur. Sanki bura ayrı ölkənin ərazisidir. Bunu ANAXEBER.az  saytına şəhərcikdə yaşayan sakinlər bildirib. Onların sözlərinə görə təbliğat və təşviqat kampaniyası başlayandan şəhərcikdə heç bir namizədin plakatına rast gəlinməyib. Ümumiyyətlə şəhərciyin ərazisində təbliğat matetiallarını yaymaq üçün lövhə belə quraşdırılmayıb. Sakinlər bunu şəhərciyə nəzarət edənlərin suçu hesab edir. "Bu şəhərcik "Akkord" şirkəti tərəfindən salınıb. Müxtəlif bəhanələrlə pul yığmaq üçün nəzarətçilər hər gün qapı döyür. Şəhərcikdə müxtəlif obyektlər inşa edir, artıq uşaqların oynamağa yerləri də qalmayıb. Amma  seçki kimi ciddi siyasi prosesə önəm verilmir. Sanki seçkini boykot edirlər", - deyə sakinlər bildirib.
Sakinlər digər problemlər barədə də danışıblar. "Bir neçə il əvvəl qaz problemi var idi. Mətbuat bu barədə yazdı. Problem qismən həll olundu. Lakin yenə də qazsız qalan mənzillər var. Ümumiyyətlə burdan mənzil alanlar sonradan peşman olurlar. Əksəriyyət mənzillərini satışa çıxarıb. Amma alan yoxdur. Çünki artıq camaat başa düşüb bu gənclər şəhərciyində vaxtından əvvəl qocalacaqlar".
Məsələ ilə bağlı "Akkord" şirkətinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam