Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Nurlana Əliyeva haqda yeni İTTİHAMLAR:BSU-nun kafesini 3 min manata icarəyə verib, oğlunu...

 

Xanım rektor haqda yeni



Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlamasının nəticəsi açıqlanandan sonra bu qurum və rəhbərliyi ətrafında müzakirələr çoxalıb.

Yenixeber.org: Xatırladaq ki, HP-nin yoxlaması zamanı universitetdə bir sıra pozuntular və korrupsiya halları aşkarlanıb. Yoxlamanın nəticələrinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edildiyi bildirilir. 
Redaksiyamıza daxil olan məlumata görə isə BSU-da korrupsiyanın miqyası, rektor Nurlana Əliyevanın əməlləri haqda yeni bilgilər daxil olub. Bildirilir ki, N.Əliyeva universitetin yeməkxanasını 3000 min manata icarəyə verib: “Kağız üzərində icarəhaqqı 500 manat yazılır, lakin N.Əliyeva təzə rektor təyin olunandan sonra faktiki olaraq yeməkxananı işlədən şəxsdən 3 min manat alırdı. İndi bəlkə də qalxıb rəqəm”.
Mənbənin bildirdiyinə görə, N.Əliyeva Milli Məclisdə şöbə müdirinin müavini işləyən kiçik oğlu İlqar Əlizadəni Bakı Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinə müdir düzəltdirib: “Bildiyiniz kimi, N.Əliyeva MM-in komitə sədri Hadı Rəcəblinin qudasıdır. Bu qudalıq Nurlana xanımın qarşısında çox qapılar açıb. O artıq hər hansı qanunsuz addımı atmaqdan çəkinmir. Əslində Hesablama Palatasının açıqladığı rəqəmlər, pozuntular xanım rektor haqqında cinayət işinin açılması üçün yetərli idi, amma göründüyü kimi, ortada heç bir tədbir görülməsi haqda məlumat yoxdur”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.(afn) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam