Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

BSU-da 2 ildir işləməyən avtomobilə yanacaq silinib –RƏSMİ

405caf36185324c

Bakı Slavyan Universitetinin balansındakı buraxılış ili 1997-ci il olan QAZ-3110 markalı avtomobil 2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilin yanvar-iyun aylarında ona ümumilikdə 1280,0 manat yanacaq xərci silinib.

Yenixeber.org: Məlumata görə, bu, Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlaması zamanı üzə çıxıb.

Bakı Slavyan Universiteti üzrə daxilolmaların, xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.

Sənəddə qeyd edilib ki, 2016-cı ilin iyun ayında bu avtomobilə quraşdırılmasına dair universitetin 2 təsərrüfat işçisi və sürücü tərəfindən imzalanmış akt əsasında 1150 manat dəyərində ehtiyat hissələri də silinib. Audit yoxlaması nəticəsində 1 halda mətbəə mallarının alınması məqsədilə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməyərək, universitetin tədris işləri üzrə prorektoru tərəfindən təsis edilmiş tərcümə mərkəzinin kotirovka sorğusunda qalib elan edildiyi də üzə çıxarılıb.(ona)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam