Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rektor Nurlana Əliyeva:“Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərlik nümunəsi idi!”

Rektor Nurlana Əliyeva:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rektor Nurlana Əliyeva: “Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərlik nümunəsi idi!”

 

 

 

Yenixeber.org: Dekabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva və universitetin prorektorları üçüncü kursda təhsil alan tələbələrlə görüşüblər.

Rektor Nurlana Əliyeva bildirib ki, artıq neçə gündür universitet rəhbərliyi gənclərlə görüşlər keçirir. O, bu görüşlərdə yeni cəmiyyət quruculuğu, güclü dövlət modeli, yüksək təhsil sistemi və s. kimi vacib məsələlərin təhlil edildiyini, gənclərlə səmimi dialoq aparıldığını bildirib. O, universitetin III kurs tələbələri ilə görüşün də həmin silsilədən növbəti addım olduğunu vurğulayıb və gənclərin qarşısında duran əsas vəzifələrin universitet rəhbərliyi ilə birgə müzakirəsinin vacibliyini qeyd edib. Nurlana Əliyeva bildirib ki, bəşəriyyətin yeni ikişaf mərhələsinə daxil olması gənclərdən dərin bilik, yüksək hazırlıq tələb edir. O, yeni texnologiyalardan baş açan, savadlı, zəkalı gənclərə dünyanın hər yerində ehtiyac olduğunu bildirib.

Təcrübəli nəsillə gənc nəslin dialoqunun zəruriliyini vurğulayan rektor qeyd edib ki, müəyyən qrup gənclər dünya həqiqətlərini, həyat reallıqlarını dərk etmirlər. Onlar çox tez-tez kənar təsir altına düşür, vətəvdaşlıq borcunu, miili duyğularını itirirlər. Azərbaycan dövlətinin gənclər siyasətinin insan kapitalı yaradılmasına hesablandığını deyən rektor müxtəlif sahələrdə əldə edilən çoxsaylı uğurları bu istiqamətdə aparılan işin nəticəsi kimi dəyərləndirib. O, deyib ki, gənclərimizin dünyada baş verən mütərəqqi prosesləri dərk edib, ona uyğun fəaliyyət göstərməsi strateji əhəmiyyət daşıyır.

Rektor xatırladıb ki, bizim gənclik həm də öz patriotizm duyğuları ilə fərqlənir. Buna ötən il Aprel döyüşlərində Azərbaycan əsgərlərinin və zabitlərinin göstərdiyi qəhrəmanlığı və igidliyi nümunə gətirib. N.Əliyeva gənclərə müraciət edərək Ulu Öndərin azərbaycançılıq ideologiyası ilə irəli getməyin vacib olduğunu bir daha diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin gəncləri ölkənin həyatında, dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında daim fəal iştiraka çağırdığını xatırladan N.Əliyeva bildirib ki, Azərbaycan gəncliyi də bu dövlət başçısının çağırışına dərhal səs verməyə hazır olduğunu fəaliyyəti ilə təsdiq edib. Bu müddətdə gənc nəslin mənəvi və fiziki sağlamlığı möhkəmlənib, onların təhsili, yaradıcılıq və təşəbbüskarlığı, iştirakçılığı artıb.

Çıxışının davamında professor Nurlana Əliyeva ziyalı bir Azərbaycan xanımı, bir ana kimi gənclərə bir sıra tövsiyələr verib. BSU-da təhsil alan gənclərin tez bir zamanda müstəqil həyata qədəm qoyacaqlarını, ailə başçısı olacaqlarını

nəzər alaraq onların elm və biliyə yiyələnmələrini, milli-mənəvi dəyərlərimizi özlərində ehtiva etmələrini məsləhət görüb.

Sonda rektor qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi təbrik edib, qış imtahan sessiyasında bütün tələbələrə uğurlar arzulayıb.

Rektor Nurlana Əliyeva:
Rektor Nurlana Əliyeva:
Rektor Nurlana Əliyeva:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam