Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Tıxacdan çıxış yolu: “Dərslər 1 saat gec başlasın!”

    Paytaxt Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Sakinlər işə və ya dərsə gedərkən, yaxud geri qayıdarkən saatlarla yollarda qalırlar. Son illər ölkəmizdə avtomobillərin sayının çoxalması, eyni zamanda bölgələrdən paytaxta axın şəhərdə sıxlığa səbəb olub.

Yenixeber.org: Vəziyyətdən çıxış yolu kimi dəfələrlə ali təhsil müəssisələrinin rayonlara köçürülməsi təklif olunub. 

Belə bir təklifin nə dərəcədə real olduğunu ekspertdən soruşdurq. Təhsil üzrə ekspert Kamran Əsədov bildirb ki, şəhərdə tıxaca səbəb olan amillərdən biri və ən başlıcası təhsil müəssisələridir.

Ekspert diqqətə çatdırıb ki, hazırda Bakı şəhərində 317 orta ümumtəhsil məktəbində 500 minə qədər şagird, 300-ə qədər uşaq bağçasında 90 minə qədər uşaq, 40-dan çox ali təhsil müəssisəsində 110 mindən çox tələbə, 30-dan çox orta ixtisas təhsili müəssisəsi - kollecdə 20 mindən çox tələbə, bütün təhsil pillələri üzrə 50 minə qədər müəllim hər gün tədris prosesinin aktiv iştirakçısına çevrilir . 



"Danılmaz faktdır ki, şəhərdə tıxacın əsas səbəbi təhsil müəssisələrində təhsil alan geniş kontingentdir. Çünki onların özləri və valideynləri, müəllimlər təhsil müəssisələrinə gələndə şəxsi avtombillərindən istifadə edirlər ki, bu da tıxacların yaranmasına gətirib çıxarır. Xatırladım ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni dövlət strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, yaxın vaxtlarda universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik. Düşünürəm ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. Yalnız şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olan universitetlərin köçürülməsinə ehtiyac var. Elə universitetlər var ki, onların həyətləri, sahəsi yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olması heç bir əhəmiyyət daşımır. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədə uyğun olardı”. 

Ekspert vurğulayıb ki, Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı və Bakı Ali Neft Məktəbi şəhər ətrafına köçürülüb.



“Tələbələrin şəxsi avtomobillərindən istifadə etməsi, yaxud valideynlərin övladlarını maşınla gətirməsi də tıxacların artmasına səbəb olur. Bu səbəbdən ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər. Hesab edirəm ki, Azərbaycan Dillər Universiteti, İqtisad Univeristeti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetin paytaxtdan kənara köçürülməsi zəruridir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx olduğu ərazilərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblər Sumqayıt şəhəri, Abşeron, Saray qəsəbəsi və Ceyranbatanda yerləşdirilsə, daha effektiv olar. Doğrudur ki, təhsil müəssisələrinin köçürülməsi üçün böyük vəsait lazımdır və bu, qısa müddətdə real görünmür. Ona görə də hələlik problemi həll etmək üçün məktəbin yaxın ərazilərinə, 100-150 metr məsafəyə qədər avtomobillərin girişinə, parklanmasına qadağa tətbiq etmək lazımdır. Bundan başqa dərs saatlarını dəyişməklə də bu problemi həll etmək olar. Yəni sıxlıq müşahidə olunan ərazilərdə dərs saatlarını 8- də yox, 9 -da, ali təhsil müəssisələrində isə 9-da yox, 10-da başlamaq mümkündür”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam