Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müasir Sumqayıt səhiyyəsi- həm qadını, həm də kişiləri “doğuzdura”  bilirlər

 

Ölkəmizdə  tikilən yeni səhyyə obyektlərinin sayı hesabı yoxdu. Çifayda, bərli-bəzəkli klinikalarda savadlı kadr çatışmır.

 Yenixeber.org: Hələ par-par yanan yüz milyonlarla dövlət vəsaiti hesabına tikilib istifadəyə verilən tibb mərkəzlərində ağır xəstəliklərin müalicəsinin, ağır cərrahi əməliyyatların mümkünsüzlüyü bir ayrı dərddir. Təsadüfi deyil ki, səhhətində nəinki ağır, hətta orta ağır problem yaranan xəstələr əlacı xarici ölkələrdə axtarırlar. Vəziyyət o həddə çatıb ki, bu ölkədə mənsəb sahibi olan şəxslər ölkə səhiyyəsinə qətiyyən etibar etmirlər. 

Çox uzağa getmədən son bir ildə baş verən bir neçə faktı təkrar xatırladırıq: ötən il qəfil ürək tutmasından vəfat edən energetika naziri Natiq Əliyevin səhhəti pisləşəndə məhz Türkiyəyə aparıldı. Onkoloji xəstəlikdən əziyyət çəkən Milli Məclisin deputatı Yevda Abramov da səhhətində yaranan problemin əlacını İsraildə tapdı. Bir neçə ay öncə silahlı hücuma məruz qalaraq başından ağır yara alan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də müalicəsi İsrail xəstəxanalarında mümkün oldu. Tanınmış telejurnalist Hacı Nuran artıq uzun illərdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və hələ ki, nicatını Almaniyadakı xəstəxanalarda tapır.

Sumqayıt səhiyyəsindən redaksiyamıza şikayət  edən  kasıb-kusublar deyir ki, bu şəhərdə pulsuz tibbi xidmət görmək qeyri-mümkündür.  Dövlət xəstəxanalarında, səhiyyə ocaqlarında hər kəs total korrupsiyaya yoluxub.

Məsələn Sumqayıt şəhər 1 saylı Doğum Evində hamilə qadınlarla yanaşı onların həyat yoldaşların da “doğuzdururlar”.  Burda bir dəfə dünyaya uşaq gətərin ikinci dəfə bahalığına görə vaz keçir.

Deyilənə görə əvvəl babat imiş. Abşeronun baş həkimi Nəriman Baxşəliyev Sumqayıt Səhiyyəsinə müdir təyin olunandan vəziyyət daha da pisləşib. Abşeronda adı saxta əllillik qalmaqalanda hallanan baş həkim Sumqayıta nə yenilik gətirə bilərdi ki?

Sumqayıtda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşsə də, niyəsə bu gün dövlət xəstəxanalarında maddi-texniki baza, tibbi avadanlıq və materiallar, cari təmir işləri hər bir müəssisənin kollektivinin, tibb personalının şəxsi  büdcəsi hesabına təmin  edilir. 

Araşdırmalarımız göstərir ki, xəstəxanalarda sterilizasiya avadanlıqları köhnə üsullarla işləyir, bütün dünyada olduğu kimi birdəfəlik tibbi vasitələrdən deyil,  kustar üsullarla sterilizasiya verilərək çoxdəfəlik istifadə edilir. 

Sumqayıt səhiyyəsində mərkəzi qazanxanalar olduğu halda xəstəxanalar isti su üzünə həsrətdir. Əvəzində isə həkimlərin şəxsi büdcəsi ilə  aldığı qızdırıcılar vasitəsilə isti su əldə olunur.

Tibbi müəssisə rəhbərlərinin seçimlərində peşəkarlıq, təcrübə, bacarıq və savad faktoru deyil, başqa faktorlar əsas götürülür. 

Məsələn, ilk dəfə endoskopik cərrahiyə şöbəsini  dövlət müəssisəsində yaratmış Sumqayıt şəhər 4 nömrəli Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri, şəhərin ilk tibb  elmləri doktoru, professor Rəfiəli Novruzov Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyevin  göstərişi ilə işdən uzaqlaşdırılır.

Digər bir məqamı diqqətə çatdıraq.  Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı şəhər xəstəxanasının baş həkimi Bəhram Paşayev tutduğu vəzifədən uzaqlaşdırılır. Onun əvəzinə isə rəhbərlik təcrübə baxımından  əvvəlki baş həkimdən geri qalan İsa Məmmədova tapşırılır.

Xəstəyə baxım, qulluq, texniki təchizat, xəstəxananın gündəlik və aylıq xərcləri, xəstə geyimləri, mələfələr, qeyri-steril materiallar, məişət avadanlıqları, elektrik malları bir çox müəssiələrdə təmirdən sonra sıradan çıxmış haldadır. Büdcədən bunlar üçün aylıq və ya illik pul ayrılsa da, müəssisələrdə sıradan çıxmış inventarların yenilənməsi baş vermir.  

Dərman vasitələri və tibbi ləvazimatlar isə  yox dərəcəsindədir. Bu gün müəssisələrdə tibbi personal steril əlcəkləri belə öz vəsaitləri hesabına alırlar.  Sistem məhlulları, işlədilən adi spirt belə müəssiələrin əksəriyyətində tapılmır.

Başqa bir məqama diqqət yetirək. 2 saylı Doğum Evində süni tənəffüs aparatı yoxdur. Vaxtından əvvəl doğulan körpələr bu aparatın olmaması ucbatından 1 saylı Doğum Evinə göndərilir.

Bir sözlə, Sumqayıt səhiyyəsi boğulan"insana" bənzəyir. O "insan" isə saman çöpündən yapışıb…(Mozalan.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam