Ölüm hər vaxt insanın qapısını döyə bilir. Heç kim ömründən sığortalı deyil.
Yenixeber.org: “Vaxtsız dünyasını dəyişən məşhurların siyahısı”nı təqdim edirik:
Repin banisi sayılan məşhur rep ifaçısı Anar Nağılbaz ağır depressiya, keçirdiyi stressdən bir neçə gün bundan öncə 44 yaşında vəfat edib. Ailə üzvlərinin bildirdiyinə görə, ifaçı qəflətən özünü pis hiss edib və xəstəxanaya aparılarkən yolda keçinib.
Daha bir məşhur repçi Hüseyn Dərya 38 yaşında yol qəzası nəticəsində dünyasını dəyişib. Ağır xəsarət alan repçi 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.
Qısa bir zamanda çoxlarının sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Cəmiyyətdə “Müğənni Şəfa” kimi sevilirdi.
“Yeni Ulduz 2” yarışmasının qalibi Rəcəb Musayev Kürdəxanı-Ləhic bağları istiqamətində hərəkət edən zaman yol qəzasına düşüb. Müğənni 32 yaşında dünyasını dəyişib.
Tanınmış müğənni Amid Cəfərov 31 yaşında vəfat edib. Onun da ölüm səbəbi yol qəzası olub. Hazırda bir oğul yadigarı qalıb.
Uzun müddət qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə 39 yaşında dünyasını dəyişdi. Bir neçə aylıq müalicəyə baxmayaraq, xəstəlik şiddətlənmişdi. 12 fevral 2017-ci ildə komaya düşən istedadlı rejissor 16 fevralda dünyasını dəyişdi.
2016-cı ildə Lider Televiziyasının “Səda” İnformasiya Depatamentinin əməkdaşı, tanınmış jurnalist İlqar Qulusoy qəfil ölümü ilə bütün qələm əhlini sarsıdıb. Mərhum jurnalsit dostları ilə futbol oynayırmış, qəfildən ürəyi tutub və yıxılıb. Ona ilk yardım göstərməyə çalışsalar da, xeyri olmayıb.
2017-ci ilin noyabr ayında tanınmış jurnalist Natiq Qədimov infarktdan dünyasını dəyişib. N.Qədimov ANS telekanalında və digər mətbu orqanlarda çalışıb. Son iş yeri isə “APA Holdinq”ə daxil olan APA TV olub. Mərhum Maştağa qəbristanlığında, 41 yaşında torpağa tapşırılıb.
2018-ci il Yanvarın 23 tanınmış jurnalist Nicat Məlikov vəfat edib. Yaxınlarının bildirdiyinə görə, 39 yaşlı jurnalist axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.
Keçmiş ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova 34 yaşında xərçəngə qalib gələ bilmədi.
“Exo” qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyevin də ölümünə səbəb qan xərçəngi olub. Yaxınlarının sosial şəbəkədə yaydığı məlumata görə, qan xərçəngindən əziyyət çəkən S. Əliyevin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.
Tanınmış jurnalist Ceyhun Nağı 2011-ci ilin 10 avqust tarixində ürək tutmasından 39 yaşında vəfat edib. Müxtəlif mətbuat orqanlarında çalışan C.Nağının son iş yeri redaktoru olduğu “Həftə içi” qəzeti olub.(metbuat.az)