Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

MAHMUDOVUN VERGİDƏKİ GENERALI DA “ELMƏ GƏLDİ” –AMEA-da vəzifə verilib

256794_res_01

Ən paradoksal olanı isə budur ki, onun dissertasiyasının mövzusu “Korrupsiya ilə mübarizə problemləri”dir

Yenixeber.org: Sonradan ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudovun işdən çıxarılmasından və bu strukturun yüksək vəzifəli əməkdaşlarının həbsindən sonra növbə başqa nazirliklərin və idarələrin yüksək vəzifə tutan işçilərinə də çatdı.

Xatırladaq ki, vəzifəsiz qalan və sonra saxlanılan belə məmurlardan biri Vergilər Nazirliyi Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi və Eldar Mahmudovun ən etibarlı adamlarından biri kimi tanınan general Vidadi Məmmədov oldu.
O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı.

Və təsadüfi deyil ki, Baş prokurorluq tərəfindən MTN əməkdaşları ilə bağlı qaldırılmış cinayət işi üzrə istintaqa ilk növbədə məhz o cəlb olundu.

Ancaq heç iki il keçmədi və V.Məmmədovun adı Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçilərinin siyahısında peyda oldu.Virtualaz.org-un məlumatına görə, cərimələnmiş vergi mütəxəssisi AMEA-nın ümumi məsələlər üzrə direktor müavini vəzifəsinə düzəlib, bundan başqa, onun adı Akademiyanın Arxitektura və İncəsənət İnstitutunun fəlsəfə doktorları arasında hallanır. Ən paradoksal olanı isə budur ki, onun dissertasiyasının mövzusu “Korrupsiya ilə mübarizə problemləri”dir.

Nə demək olar, korrupsiya ilə mübarizə yolunda hansı problemlər ortaya çıxa bilər və ən əsası, onları necə yaratmaq olar məsələsində general V.Məmmədov heç də şayiələrə görə məlumatlı deyil…

Öz gələcək elmi işinin mövzusunun dərinliyinə o hələ sovet OBXSS-ində nüfuz etməyə başlamışdı, Vergilər Nazirliyində isə həmin biliklərini cilalandırdı. Özü də Eldar Mahmudov kimi istedadlı, bu problemlərin mahiyyətini dərindən bilən elmi rəhbərin himayəsi altında…

Sayt yazır ki, şayiələrə görə, Vidadi Məmmədov bir sıra ciddi qeyri-qanuni hərəkətlərə baxmayaraq, MTN işi üzrə həbsdən qaçmağa güclü himayəçinin sayəsində  müvəffəq olub. Vergi generalını ittiham edilənlərin içərisindən çıxarmaq üçün çox çalışan Elmir Şirinovun isə hazırda  Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin müstəntiqi olduğu bildirilir.(virtualaz)

Görünür, qalmaqallı ifşaların kölgələri yenidən maddiləşdirilirlər…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam