Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sahibkarlardan yığılan pullar Eldar Mahmudovun bankından çıxıb?

 

Yanmış binadan başlayan araşdırmaların izi Vergilər Nazirliyinə qədər uzanıb, sabiq nazirlə vergi naziri arasında mübhəm bank əməkdaşlığı hökuməti hərəkətə gətirib, ortada milyardlarla manatdan söhbət gedir 

"Xeberinfo.com":   Azərbaycanda qəribə hadisələr baş verir. Ötən həftənin sonlarında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra, bu nazirlikdə 7 nəfər iri çinli zabitin həbs olunması, total şəkildə işçilərin işdən çıxarılması halları müşahidə olunmağa başladı. JAM.AZ xəbər verir ki, həbslər və işdən çıxarılmaların əsalandırılması belədir ki, MTN-in rəhbərliyində duran şəxslər ölkə sahibkarlarını incidərək, onlardan xərac yığıblar, habelə seçki prosesinəı müdaxilə etməklə yanaşı, tutduqları mövqelərindən sui-istifadə ediblər. 

Lakin bu qədər sərt şəkildə atılan addımın təkcə qeyd olunan səbəblərdən irəli gəldiyi cəmiyyətdə hakim fikir olduğu inandırıcı deyil. Sosial şəbəkələrdə aparılan müzakirələrdən də belə başa düşülür ki, əslində işin mahiyyəti tamam başqadır. JAM.AZ xəbər verir ki, gələn xəbərlər, ümumi müşahidələr onu deməyə əsas verir ki, MTN-də bunlardan daha dəhşətli bir hadisə baş verib. Onun da əsasını dövlət başçısının məhz MTN-in rəhbərliyi və genraliteti tərəfindən dinlənilməsi olub. 

Qeyd edək ki, son günlər daha bir proses Vergilər Nazirliyi ətrafında diqqəti çəkməyə başlayıb. JAM.AZ xəbər verir ki, bir neçə gün əvvəl Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov vəzifəsindən azad olunaraq, saxlanılıb. Məlumatda iddia edilir ki, general V.Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından sayılırmış. O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı. Bildirlir ki, Vidadi Məmmədovun MTN-də işləyən oğlu və Vergilər Nazirliyində çalışan digər yaxın qohumları da artıq işdən çıxarılıblar.

Amma gələn yeni xəbərlərdə deyilir ki, generalın həbsi heç də təkcə Eldar Mahmudovla bağlı deyil. JAM.AZ-a daxil olan məluamata görə, hal hazırda Vergilər Nazirliyində, o cümlədən nazir Fazil Məmmədovla da ciddi araşdırmalar başlayıb. Bu araşdırmalara səbəb isə nazirliklə bağlı yoxlamalar zamanı bir neçə ildə külli miqdarda pulun büdcədən yayındırlması barədə əsaslə bilgilər olub. Və generalın həbsi prosesin başlanmasının siqnalıdır. 

Məlumatda vurğulanır ki, proses Binəqədi rayonunda baş vermiş dəhşətli yanğından sonra başlayıb. İddia edilir ki, binanın yanmasının ardından Fazil Məmmədovun qohumu, icra başçısı Xaləddin İsgəndərovun ifadəsi alınıb və o zaman aydın olub ki, ümumilikdə Binəqədidə binaların üzlənməsinə büdcədən ayrılan vəsaitlə, xərclər arasında tərs mütənasibilik var. Belə ki, Xaləddin İsgəndərovun 151 milyon manat artıq pulun hesabını verə bilməyib. Elə araşdırmalar da bundan sonra başlayıb və bu yaxılarda işin ucu Vergilər Nazirliyinə qədər uzanıb. 

Etibarlı mənbələrdən JAM.AZ-a daxil olan məlumata görə, Vergilər Nazirliyinə qədər uzanan şəbəkəni dərindən araşdıran mütəxəssislər müəyyən ediblər ki, Fazil Məmmədov və adamları indiyə qədər sahibkarlardan vergi yığmaqla yanaşı, həm də əlavə pullar alıblar. Bu pullar Bakıdakı bankalardan birinə köçürülüb və oradan da çox sayda adam tərəfindən götürülüb. Həmin bankın böyük ehtimalla AG Bank olduğu düşünülür. Mənbə bildirir ki, sabiq MTN şefi Eldar Mahmudovun qohumu olan Çingiz Əsədullayevə məxsus bankla Fazil Məmmədov arasındakı mübhəm əlaqələr hökumət dairələrini şübhələnməsinə səbəb olub. Ki, bu da araşdırmaların daha da dərinləşməsini zəruri edib. 

Mənbələr qeyd edir ki, hazırda Vergilər Nazirliyinin əliylə yığılmış verginin tam həcmi, onun nə qədərinin büdcəyə, nə qədərinin isə şəxsi ciblərə getdiyi araşdırılır. JAM.AZ-a verilən məlumata görə, son 5 ilin araşdırmasından sonra frqin milyardlarla manat olduğu üzə çıxıb. Bunun daha böyük rəqəmlərlə ifadə olunacağı isə istisna edilmir.

Qeyd edək ki, hakimiyyət dairələri artıq ən kiçik məsələdən şübhələnərək, araşdırlmasını istəyirlər. Ekspertlərin qənaətinə görə, bu cür vəziyyətin yaranmasına səbəb ölkədə ciddi maliyyə və iqtisadi sıxıntının yaşanması, hökumətin daha sərt tədrbirlərdən başqa çıxış yolu görməməsidir. Onlar hesab edirlər ki, nazirlərin indiyə qədər külli miqdarda maliyyənin büdcədən yayındırması isə hakim elitanı hərəkətə gətirib və onlar həmin pulların geri toplanılmasına start veriblər. 

Ekspertlər Fazil Məmmədovun hakimiyyətdəki önəmli fiqurlardan biri hesab edirlər. Onlar qeyd edir ki, vergilər naziri həm də varlı oliqarx-məmurlar sırasında öncüllərdən biri sayılır. Onun çökdürülməsi prosesinin yekunda büdcənin daha bir neçə milyard manat artması demək olacaq. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam