Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Eldar Mahmudovun kadrı Ədliyyə Nazirliyində vəzifə aldı

eldar mtn

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsinin sabiq bölmə rəisi Elşən Məmmədov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini təyin edilib.

Xeberinfo.com:   Bu barədə Gununsesi.info-ya Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib. Mənbəmizin xəbərinə görə, Elşən Məmmədov Eldar Mahmudovun qanunsuz əməllərinin əsas icraçılarından biri kimi ad çıxarıb. O, MTN-nin Gəncədə sahibkarları müflisləşdirilməsi, onlardan qanunsuz haqq yığılması prosesində əsas adamlardan olub.

Sabiq MTN zabiti barəsində araşdırmalarımız zamanı isə onun barəsində müxtəlif mənfi xarakterli məlumatlar ortaya çıxıb. Bu məlumatların birində qeyd olunur ki, Elşən Məmmədov hələ Eldar Mahmudovun cinayətkar qruplaşmasının 2013-cü ildə tanınmış jurnalist Pərviz Həşimliyə qarşı saxta-qurama əməliyyatının icraçılarından olub. Belə ki, Pərviz Həşimlinin üzünə dayanan Gəncə sakini Təvəkkül Qurbanov məhz Elşən Məmmədov tərəfindən “verbovka” olunaraq, bu prosesə cəlb olunub. Təvəkkül Qurbanovun həyat yoldaşı Nərgiz Qurbanova isə Elşən Məmmədova məxsus Gəncədəki “İmperial” şadlıq sarayının mühasibi olub.

Jurnalistin həbsindən bir neçə gün sonra bu faktın media tərəfindən ictimailəşdirilməsi o zamankı nazir Eldar Mahmudovu Elşən Məmmədovu işdən çıxarmasına səbəb olub. Belə ki, Elşən Məmmədov əməliyyatın qeyri-peşəkar hazırlanması və qısa zamanda ifşa olunmasından sonra MTN-dən xaric edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam