Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Növbəti “Abad həyət” istifadəyə verildi***Nərimanov rayonunda - fotolar

 Yenixeber.org: Paytaxtda həyata keçirilən “Abad həyət” layihəsinin məqsədi ekoloji cəhətdən təmiz və müasir həyətlərin yaradılması, yaşıllıqların bərpa edilməsi və yeni zolaqlarının salınması, sakinlər üçün sağlam həyat tərzi, təhlükəsiz və rahat şəraitin yaradılmasıdır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüs və dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində Nərimanov rayonunda, Ə.Əbdürrəhimov küçəsi 120a, 124, 126 və Akademik H.Əliyev küçəsi 113, 115 ünvanlarında yerləşən məhəllələrdə işlər yekunlaşmışdır. Bu ərazilərdə yerləşən binaların dam örtükləri, zirzəmiləri, fasadları təmir edilmiş, binaların giriş qapıları, blokların pəncərələri yenilənmişdir. Həyətdə xeyli sayda ağac əkilərək geniş yaşıllaşdırma işləri aparılmışdır. Həmçinin sakinlər üçün oturacaqlar, öhbətgahlar, uşaq oyun meydançaları, əyləncə avadanlıqları quraşdırılmışdır.

Layihə çərçivəsində rayon ərazisindəki digər həyətlərdə də xeyli işlər görülmüş, yaşıllıqlar bərpa edilmiş, həyətlərdə abadlaşdırma işləri aparılıb.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən layihə çərçivəsində Heydər Əliyev prospekti 80/1 və 80/2 ünvanlarında Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti “Abad Həyət”də işlərin icrası sürətlə davam edir, yekunlaşmaq üzrədir və tezliklə sakinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nərimanov rayonunda da uğurla davam etdirilir, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq və təmir-bərpa işləri sakinlərin rahatlığına xidmət edir və onlar tərəfindən sevinc və rəğbətlə qarşılanır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam