Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Füzulidə I “Ümumrespublika Yaşıllaşdırma” uğurla həyata keçirilir- FOTOLAR

 

Füzulidə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kompaniyası davam edir

 

Xeberinfo.com:   Heydər  Əliyev  Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ötən ilin noyabr ayında start verilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu Füzuli rayonunda uğurla həyata keçirilir. Rayonun işğaldan azad olunmuş ərazisində artıq bir ildir ki, davam etdirilən  “Ümumrespublika Yaşıllaşdırma” marafonunda rayonun idarə, müəssisə və təşkilatları, kənd, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və bələdiyyələr fəal iştirak edirlər. İl ərzində ağacəkmə kompaniyası Horadiz şəhərində, Zobucuq, Qayıdış qəsəbələrində, Arayatılı, Babı, Mollaməhərrəmli, Kürdmahmudlu, Kərimbəyli və digər kəndlərdə həyata keçirilmişdir.

Bu günlərdə I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Horadiz şəhərində yeni salınmış “Gənclər prospekti” boyunca ağac əkini kompaniyası keçirilmiş, prospektdə Türkiyə və İtaliyaya məxsus olan həmişəyaşıl ağac və gül kolları əkilir. Ağac əkilən ərazilərdə təmizləmə işləri görülür, ağacların suvarılması üçün su maşınları cəlb olunur, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunur.

Aksiya çərçivəsində rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə ümumilikdə bir il ərzində  6500-ə yaxın çinar, eldar şamı, sərv və digər həmişəyaşıl ağac və dekorativ gül kollar əkilmişdir. I “Ümumrespublika Yaşıllaşdırma” marafonunda iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ağacəkmə və yaşıllaşdırma işləri ilə daim yaxından  maraqlanır. 

Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə xidmət edir .

Qeyd edək ki, son 4 il ərzində rayonun yaşayış məntəqələrində 80 mindən artıq müxtəlif növ həmişəyaşıl və meyvə ağacları, 20 mindən çox çinar, 120 min ədəd qızılgül kolları əkilmişdir. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, xarici ölkələrdən nadir gül və ağac kolları da gətirilmişdir. 

I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda  ağac və qızıl gül əkilməsi davam etdirilir.

 


















 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam