Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

 

“Ümumrespublika yaşıllaşdırma marofonu” çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

 

 "Xeberinfo.com":  Aprel ayının 11-də Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru Elçin Səfərov, İDEA ictimai birliyinin layihələr departamentinin əməkdaşı Nigar Qarayeva, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən tədbir açıq elan edildikdən sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirilmişdir.

Tədbirdə çıxış edən “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru cənab Elçin Səfərova tədbirin  əhəmiyyətindən  danışdılar, İDEA İctimai Birliyinin nümayəndəsi Nigar Qarayeva, Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğuladılar.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndər Heydər Əliyevin təbiəti qorumaq, onun qayğısına qalmaq kimi missiyasını ilə öz şəxsi nümunəsində hər bir həmvətənimiz üçün örnək olduğunu diqqətə çatdıraraq, bu missiyanın möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edildiyini diqqətə çatdırdı. RİH başçısı vurğuladı ki, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyaları vizual görünüşlə yanaşı, ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malikdir.

Ağacəkmə aksiyasının məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını, Bakı 2015 I Avropa Oyunları çərçivəsində stend atıcılığı və dağ velosipedi yarışlarının bu əraziyə yaxın məkanlarda keçiriləcəyindən və bu mötəbər idman oyunları ərəfəsində belə aksiyaların əhəmiyyətindən danışan X.İsgəndərov Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı imkanlar sayəsində baş tutacaq Bakı 2015 I Avropa Oyunlarının ölkə həqiqətlərinin təbliği baxımından bəlkə də bir diplomat ordusunun görəcəyi işə bərabər olduğunu xüsusi vurğulamışdır.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində elan etdiyi “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində keçirilən “Təmiz Binəqədi – təmiz ideya” yazı müsabiqəsinə təqdim olunan məqalə müəlliflərinin mükafatlandırılması mərasimi ilə davam etmişdir. Mərasim zamanı təltif olunan KİV nümayəndələrinə həm də simvolik olaraq “Bakı-2015” ilk Avropa Oyunlarına bilet təqdim edilmişdir. Həmçinin, tədbir zamanı “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru Elçin Səfərova Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim olunmuşdur.

 

Sonra ağacəkmə aksiyasına start verilmiş, aksiya zamanı ümumilikdə 2000 ədəd şam ağacı əkilmiş, onlara qulluq göstərilmişdir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam