Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Füzulidə I “Ümumrespublika Yaşıllaşdırma” marafonu

 

 

"Xeberinfo.com": Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında bu il noyabr ayının  5-dən start verilən  I “Ümumrespublika Yaşıllaşdırma” marafonu Füzuli rayonunda uğurla həyata keçirilir.

Layihə çərçivəsində görülən işlər Prezident cənab İlham Əliyevin respublikamızda yaşıllıqların artırılması barədə göstərişlərinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.

 

“Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, kənd, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr iştirak etmişdir. Ağacəkmə kompaniyası 5 ədəd Zobucuq, 2 ədəd Qayıdış qəsəbələrində, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli vədigər kəndlərdə həyata keçirilir.

 


     

             

 

Aksiya çərçivəsində rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə ümumilikdə 4000-ə yaxın çinar və digərr həmişəyaşıl ağac və dekorativ kol əkilmişdir. Ağac əkilən ərazilərdə təmizləmə işləri görülmüş, ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur. I “Ümumrespublika Yaşıllaşdırma” marafonunda iştirak edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ağacəkmə və yaşıllaşdırma işləri ilə yaxından  maraqlanaraq, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonar da diqqət mərkəzində saxlanılacağını bildirmişdir.

 


 

 

Alı Alıyev qeyd etmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində il ərzində rayonda  ağac əkilməsi işi davam etdiriləcək.

 


 

 

 Alı Alıyev  demişdir: “Dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Füzuli rayonunda  uğurla həyata keçirilir. Leyla xanım  Əliyevanın təşəbbüsü ilə baş tutan bu layihə isə yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə xidmət edir” .

         Qeyd edək ki, son 4 il ərzində rayonun yaşayış məntəqələrində 80 mindən artıq müxtəlif növ həmişəyaşıl və meyvə ağacları, 20 min ədəd çinar, 120 min ədəd qızılgül kolları əkilmişdir.            

           Rayonda  ağac  əkini  marafonu  davam  etdiriləcəkdir. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam