Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Şopoqolizm– xəstəlik, yoxsa əyləncə?

Oniomaniya - ehtiyac olmadan yeni əşyalar almaq və bu prosesdən zövq duymaq xəstəliyidir

Yenixeber.org: Belə insanlar üçün alış-veriş etmək, mağazaları gəzib, ən son pulunu xərcləmək ən böyük əyləncə və həzzdir. Bu asılılığı çox vaxt şopoqolizm və ya şopinqolizm adlandırırlar. Xəstəlikdən əziyyət çəkən insanlar isə şopoqolik adlanır.
Şopoqolizm - qeyri-şüuri surətdə mağazadan əşya almaq xəstəliyidir. Bu xəstəliyi ilk dəfə alman psixiatrı Emil Kreplin aşkar edib. Kreplin həmçinin şizofreniya və depressiya kimi psixi xəstəliklərin tapılması və müalicə üsullarının müəllifidir. O, şopoqolizm haqda bunları deyirdi: "Mən müşahidə etdim ki, şopoqoliklərdə narkomanlarda olduğu kimi asılılıq yaranır". Gündəlik həyatda hər birimiz ərzaq, geyim və ev əşyaları mağazalarına giririk. İstifadə edəcəyimiz, işimizə yarayacaq əşya və ərzaqlar alıb çıxırıq. Əgər aldıqlarımızın çoxu gərəksizdirsə, demək ki, şopoqlizm artıq qapımızı döyür.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, hələ 20 il bundan əvvəl MDB ölkələrində şopoqolizm deyilən bir anlayış yox idi. Mağazalarda rəflərin çoxu boş idi. Pul olsa belə, zövqə uyğun alış-veriş etmək olmurdu. İndi isə, satışda hər büdcəyə uyğun geyim və digər əşyalar var.
Şopoqolizmin səbəbləri
Şopoqolizmin adətən iki səbəbi olur: daxili və xarici.
Daxili səbəbə çox vaxt insanın psixoloji problemləri aid edilir. Deyirlər, şopinq (bazarlıq) ən yaxşı antidepressantdır. Çünki, bu zaman insan orqanizmində serotonin (sevinc hissi yaradan) və adrenalin (emosiyaları sıçradan) hormonlar artır. Odur ki, iş və ailə həyatındakı gündəlik qayğılar, özünə güvənsizlik və digər problemlərin həllini çox vaxt bir şeydə görürük - mağazalara gedib, pul xərcləmək.
Xarici faktor isə mağazaların insanları cəlb etdiyi müxtəlif marketinq üsullarıdır. Yüksək faizli endirimlər, aksiyalar, dəbdəbəli vitrinlər hətta ən soyuqqanlı şəxsləri də şopinqə sövq edir.
Şopoqolizm ailədə də ciddi mübahisələrə səbəb olur və bəzən onu dağıdan səbəbə çevrilir.
Publika.az Şopinq manyakına çevrilən məşhurların bir neçəsinin siyahısını təqdim edir.
Siyahıda ilk yerdə mərhum İngiltərə şahzadəsi Diana durur. Onun ən çox sevdiyi geyim aksessuarı isə ağ rəngli koftalar olub. Şahzadənin nə az, nə çox, 300 ağ koftası olub.
Bu siyahıda həmçinin Kameron Diaz, Britni Spirs və Selin Dion da yer alırlar.
Şopoqolizmlə mübarizə
Qeyri ixtiyari alış-veriş etmək hissi ilə mübarizə aparmaq üçün nə etmək lazımdır?
Bunun üçün öncə problemin ciddiyyətini qəbul edib, sonra alış-veriş siyahısını hazırlayın. Siyahıda qeyd olunan əşya və ya ərzaqlar satılmayan bölmələrə getməmək daha məqsədə uyğundur.
Şopinqə gedərkən, pul kartlarını evdə qoyub, limitli pul götürməyə çalışın. Çünki kartdakı pulları xərcləmək daha asandır və xərclədiyiniz məbləğı görməyəcəksiniz.
Əgər əlinizdəki pulu mütləq xərcləmək istəyirsinizsə, ailə üzvlərinizə vacib olan digər əşyaları alın.
Ən əsası isə unutmayın ki, bu dünyada yeganə antidepressant geyim alış-verişi deyil. Həyatdan zövq almaq istəyirsinizsə, teatra, kinoya, kafe və restoranlara da üz tuta bilərsiniz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam