Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Azərbaycan uzunömürlülüyün populyasiya fenomeni kimi təmsil olunduğu nadir regionlardandır"

 

Azərbaycan dünyada uzunömürlülüyün populyasiya fenomeni kimi təmsil olunduğu nadir regionlardandır

Yenixeber.org:  Bunu AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiy­yə­tinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxışı zamanı deyib.

Alim bildirib ki, uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt şəkildə yaşaması müasir beynəlxalq təcrübəyə əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar açır.

U.Haşımova vurğulayıb ki, dünya əhalisinin getdikcə qocalması fenomeni, sağlam və ya "fizioloji qocalma" haqqında biliklərin genişləndirilməsinə və dərinləşdirilməsinə imkan yaradan kompleks tədqiqatların aktuallığını ön plana çəkir.

Uzunömürlülük fenomeninin kompleks tədqiqi üçün unikal imkanların olduğunu deyən institut direktoru bildirib ki, herontologiya 2015-ci ildə AMEA-nın rəhbərliyi tərəfindən respublika elminin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tapşırığa əsasən, qocalmanın biologiyası ilə xüsusi tədqiqat proqramı hazırlanıb.

U.Həşimova vurğulayıb ki, rəsmi demoqrafik məlumatların təhlili və yüksək uzunömürlülük indeksinə malik rayonlarda tibbi-bioloji tədqiqatların aparılması bu proqramın tərkib hissələridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam