Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMEA-nın əməkdaşlarına ev verildi

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Akademiyanın vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, fəlsəfə və elmlər doktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər

 

Yenixeber.org: Bu barədə AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq elmi işçilərin, elm nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə görülən işlərdən danışıb: “Sosial problemlər hər gün diqqətimizdədir, bunun üçün bütün səylərimizi səfərbər etmişik. AMEA əməkdaşlarının istirahəti, sağlamlığı, maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş və mənzil şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətlərdə yeni-yeni addımlar atılıb, bir sıra problemlər öz həllini tapıb”. Həyata keçirilən bütün bu layihələrin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu deyən akademik Akif Əlizadə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzillə təmin olunması məqsədilə evlərin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqların davam etdirildiyini vurğulayıb.

Sonra Akademiyanın sosial siyasətinin əsas prioritetləri üzrə həyata keçirilən tədbirlərdən söz açan AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Akademiyada reallaşdırılan bu layihələrin alimlərin stimullaşdırılması istiqamətində mühüm addımlardan olduğunu vurğulayıb. Qeyd edib ki, AMEA İşlər İdarəsi və AMEA Azad Həmkarlar İttifaqı tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının ərazisində yerləşən kottec və digər yaşayış sahələrində istirahət təşkil edilib. Bundan əlavə, Mərdəkan qəsəbəsi və Xızı rayonu Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahələrində əməkdaşların yay istirahəti üçün istifadə etməsi istiqamətində işlər aparılıb. Eyni zamanda lazımi şərait yaradılaraq əməkdaşlarımızın istifadəsinə verilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasında elmin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyən Habil Qurbanov dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrətinin onun elmi potensialı ilə bilavasitə bağlılıq təşkil etdiyini vurğulayıb. O, xüsusilə gənc alim və mütəxəssislərin sosial-iqtisadi vəziyyəti ilə bağlı ötən beş il ərzində xeyli işlər görüldüyünü, institut rəhbərləri ilə həmkarlar təşkilatları arasında sıx əməkdaşlıqların qurulduğunu, mədəni-kütləvi və idman tədbirlərinin təşkil edildiyini qeyd edib.

Daha sonra tədbirlə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Malik Əliyev, Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, həmçinin mənzil alanlardan Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı mütəxəssisi Hasil Bağırov, AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov çıxış ediblər.

Tədbirin sonunda AMEA-nın bir qrup əməkdaşına verilmiş evlərin sənəd və açarları təqdim olunub. Akademik Akif Əlizadə AMEA RH-nin mənzil komissiyasının qərarı ilə bu gün evlə təmin olunmuş hər bir akademiya əməkdaşını təbrik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam