Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Qidaları soyuducuda necə saxlamalı?

 Qidaları soyuducuda necə saxlamalı?

 Qidaları soyuducuda necə saxlamalı?

 

 

Qidalar həyatımızın vacib və ayrılmaz hissəsini təşkil edir. Buna görə də qidalara həssas və xüsusi qayğı göstərmək sadəcə bizim borcumuzdur. Çünki saxladığımız qidalar nə qədər keyfiyyətli olarsa, biz də o qədər sağlam yaşayarıq. Əksinə, onlara diqqət göstərməsək və necə gəldi saxlasaq, o zaman bizim də sağlamlığımız təhlükə altına girər. Foodinfo.az xəbər verir ki, qidaların soyuducuda saxlanması ilə bağlı bir çoxları incə məqamları ya bilmir, ya da riayət etmək istəmir. Bir çoxları üçün isə illərdir bu sahədə doğru bildikləri, lakin əslində yanlış olan məqamlar var. Odur ki, məsələ ilə bağlı ekspert fikrini öyrənmək və vacib məsləhətləri sizə çatdırmaq qərarına gəldik.

Yenixeber.org:  Dietoloq Leyla Zülfüqarın dediyinə görə, bəzən insanlar bişirdikləri yeməkləri günlərlə soyuducuda saxlayırlar: "Bunun bir səbəbi var. Çünki soyuq temperaturda bakteriyalar üçün münbit şərait olmur. Qidalar otaq və daha yüksək temperatur olan yerdə qaldıqda isə maya göbələkləri və digər bakteriyalar yaranır. Lakin, soyuducuda uzun müddətdə qalanda da eyni problem ortaya çıxır. Bu o deməkdir ki, soyuducu qidaların təhlükəsizliyi üçün əsas ümid yeri deyil. Buna görə də qidaları saxlamaq üçün düzgün qaydaya riayət etmək lazımdır".

Ekspert deyib ki, ən böyük səhvlərdən biri bişmiş qidaları bir yerdə saxlamaqdır. İnsan onu yeyərkən qidanın tərkibinin dəyişməsini hiss etməyə bilər: "Amma mədəmiz bunu hiss edir. Bir-biri ilə təmasda olan qidalar bakteriyalar üçün də münbit şərait yaradır. Yaxşı olar ki, qidalar ayrı-ayrı qablarda saxlansın. Mövsümündən asılı olaraq meyvə-tərəvəzləri, xüsusilə soyuğa davamlı olanları təbii şəkildə açıq havada saxlamağı məsləhət görən L.Zülfüqar sözlərinə əlavə edib ki, giləmeyvələr bazardan alınıb gətirilərkən yuyulmalı, qurudulmalı və sonra soyuducuya qoyulmalıdır. Əks halda qurdların yaranmasına səbəb ola bilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam