Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilibNərimanovda - Fotolar

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

 

 

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

 

 

 

Yenixeber.org: 29.01.2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində “Dini radikalizm və ekstremizmlə bağlı birgə fəaliyyətin gücləndirilməsinə və maarifləndirmə işlərinə dair 2018-ci il Tədbirlər Planı”na əsasən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun, sözügedən komitənin və Qafqaz Müsəlmanları İdrarəsinin nümayəndələrinin, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinin, Nərimanov, Nəsimi və Yasamal rayonlarının icra hakimiyyətləri və hüquq mühafizə orqanlarının rəhbərlərinin, dindarların, rayon ictimaiyyəti və gənclərin qatıldığı tədbir Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dini radikalizmə qarşı istiqamətlənmiş, Vətənə məhəbbət hissləri aşılayan, xüsusilə də şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş sənədli filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov tədbir iştirakçılarını salamlayaraq, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ölkəmizdə mühüm işlərin həyata keçirildiyini, milli-mənəvi, dini dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib.

Ş.İbadov dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların hökm sürdüyü bir zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması, dindarların öz dini etiqadlarını azad şəkildə gerçəkləşdirməsi, dini qurumların fəaliyyətində problemlərin olmamasını, qədim məscid və digər ibadət evlərinin əsaslı bərpa edilərək, yenilərinin inşasını, din xadimlərinə diqqət və qayğının göstərilməsinib Azərbaycanın artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyinin göstəricisi kimi səciyyələndirib.

Belə maarifləndirici tədbirlərin xüsusi əhəmiyyətinə toxunan natiq, Nərimanov rayondundakı dini vəziyyətə dair geniş məlumat verərək, müxtəlif xalqların yüzilliklər ərzində dinc və mehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində olduğu kimi, Nərimanov rayonunda da dini durumun sabit olduğunu, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrasının, eyni zamanda, vətəndaşların dini etiqad, vicdan azadlığının maneəsiz təmini, cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə diqqət və qayğı ilə yanaşılması, dövlət-din münasibətlərinin tarixi milli ənənəyə və müasir hüquqi prinsiplərə uyğun olaraq tənzimlənməsi, dini-mənəvi, əxlaqi-etik dəyərlərin təbliğ və təşviq edilməsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində, həmçinin dini radikalizm və ekstremizmə qarşı zəruri olan bütün tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə maarifləndirici tədbirlərin həyata keçirildiyini deyib.

Natiq, dini təhlükəsizlik məqamlarına toxunaraq, dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin islam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb, eyni zamanda ölkəmizdə radikal yönümlü təriqətlər, sektalar, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ictimai-siyasi sabitliyin pozulması kimi halların baş verməməsi istiqamətində rayonun idarə, müəssisə və təşkiltlarında mütəmadi olaraq aidiyyəti qurumlarla əlaqəli şəkildə ciddi tədbirlərin görüldüyü nəzərə çatdırıb.

Çıxış edən Respublika Baş Prokurorluğunun İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini Rauf Məmmədov dini zəmində baş verən cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş cəzalar barədə məlumat verərək, radikal meylli təriqətlərin öz çirkin məqsədlərinə nail olmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etdikləri, xüsusilə də bəzi vətəndalaşların dini savadının zəif olmasından sui-istifadə edərək onları asanlıqla öz təsirləri altına saldıqlarını qeyd edib, bu səbəbdən də bu cür mənfi meyllərin qarşısının ciddi şəkildə alınmasının və bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini Oqtay Tağıyev çıxışında dini zəmində baş verən cinayətlər barədə statistikanı açıqlayaraq, din pərdəsinə bürünən və zərərli ideyalar yayan müxtəlid təşkilatların humanitar yardım adı altında ölkəmizə ayaq açmağa cəhd etdiyini deyib. Natiq, validaeynlərin Aşura mərasimlərinə körpə uşaqlarını cəlb etdiyini tənqid edərək, bu cür neqativ hallara qarşı nəzarət tədbirlərinin və maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Sonda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Bəhruz Əzizov çıxış edərək, dünyada və ölkəmizdəki dini durumu müqayisəli şəkildə təhlil edib. Natiq, baş verən hadisələri dini nöqteyi-nəzərdən şərh edib, dini radikallığın təbliğində az qala hər bir vətəndaşın evinə yol tapan sosial şəbəkələrin bu məsələdə mənfi rolunu açıqlayıb və buna qarşı mübarizədə daima sabitlik və əmin-amanlığın hökm sürdüyü dövlətimiz və onun aidiyyəti qurumları tərəfindən görülən köklü və sistemli işləri yüksək dəyərləndirib.

Natiq həmçinin, milli-mənəvi dəyərlərimizin və islam həmrəyliyinin təbliğ edilməsini radikalizm və ekstremizmə qarşı mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, xalqımızın hər zaman öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sıx bağlı olduğunu və gənc nəsil tərəfindən bu dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğulayıb.

 

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

 

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

 

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

 

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam