Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Kürd dövləti İsrailin dəstəyi ilə olacaqsa, heç olmasa yaxşıdır” –Türkiyədə hamı bu fikirdədirmi? - Təhlil

 

Mahmud Bozarslan

“Al-Monitor” (ABŞ)

 

Yenixeber.org: Diyarbəkirin tarixi divarları altında oturan yaşlı bir qrup öz aralarında kürdcə söhbət edir. Hamısı 60 yaşdan yuxarı adamlardır. Söhbətləri nəzərə alınaraq, onların mühafizəkar olduğu aydınlaşır. Mövzu İraq Kürdüstanı bölgəsində keçiriləcək müstəqillik referendumdur.

Əslində, referendum özü müzakirə edilmir, ancaq İsrailin dəstəyindən danışılır. İsrail baş naziri Benyamin Netanyahu və ədliyyə naziri Ayelet Şakedin kürd dövlətinə dəstək verən şərhləri, əlbəttə, kürdlər arasında da geniş müzakirə olunur.

65 yaşlı Mustafa Sayar bu dəstəyə təpki verir. “Al-Monitor”a danışan Mustafa Sayar deyir: "Bir yerdə ki İsrail barmağı var, oradan xeyir gəlməz. Kürd dövləti İsrailin dəstəyi ilə olacaqsa, heç olmasa yaxşıdır".

Onun sözünü digərləri də dəstəkləyirlər. Ancaq əksər kürdlərin belə düşündüyünü söyləmək çətindir. Məsələn, siyasi fəal Mithat Akcan İsrailin dəstəyindən məmnundur. O: "Kürdüstan coğrafiyasına qonşu olan irili-xırdalı İslam ölkələri referenduma qarşı olduqlarını və bunun üçün ağla gələ biləcək və gəlməyəcək tədbirlər düşünərkən, müsəlman olmayan İsrailin referenduma dəstək verməsi müsbət və doğru addımdır", – deyir.

Türkiyədə milliyyətçi və mühafizəkar sektorlar arasında kürd məsələsinə mövqe faktiki olaraq dəyişib. Kürdlərlə bağlı prosesə Amerika və ya İsrailin "oyunu", "İslam ümmətinin bölünməsi", "Türkiyənin bölünməsi" kimi təpkilər var. Bu günlərdə həmin təpkilər Türkiyə mətbuatında yenidən manşetlərə çıxıb. Milliyyətçi, mühafizəkar və s. hamı referendumda İsrailin dəstəyinə diqqət çəkməyə başlayıb.

Siyasi fikirləri fərqli olsa da, kürdlərin əksəriyyəti referenduma dəstək verir. Ancaq İsrailə gəldikdə, dindar və digər kürd qrupları fərqli fikrə sahib çıxır.

Kürd probleminə İslami istinadla həll təklifləri irəli sürən Azad Dava Partiyası (Hüdapar) rəhbərinin müavini Hüseyn Yılmaza görə, İsrail səmimi deyil. “Al-Monitor”a danışan Yılmaz İsrailin dəstəyinin kürdlərə zərər verməyi məqsəd qoyduğunu ifadə edərək belə deyib: "Bunu ikimənalı başa düşülməlidir. Hər şeydən əvvəl İsrail Kürdüstan bölgəsində referendumun dəstəkləməsini açıq şəkildə elan edərək müsəlmanlara uyğunlaşmağa çalışır. Bu referenduma bəzi qruplar və ölkələr dəstəyə maneə törətməyə çalışırlar. İkincisi, əgər referendum uğurlu olarsa, İsrail Kürdüstan bölgəsinə “Baxın, mən dəstək verdim. Sənə ehtiyacım var, sənin arxasındayam” deyə öz layihələrini həyata keçirməyə, yeni dövlətə hakim olmağa çalışacaq. Qonşularına qarşı təxribat yolunda gedəcək və onu qonşularına qarşı çıxmağa təşviq edəcək. Ən əsası, özündən asılı etməyə çalışacaq".

Hüseyn Yılmaz digər dövlətlərin kürdlərə sahib çıxması lazım olduğuna vurğulayıb: "Bu fərziyyələr üzərindən bəziləri “ikinci İsrail” ifadəsini işlədir. Qonşu ölkələr nə üçün kürdləri İsraillə ittifaqa məcbur edir? Kürdləri İsrailin qucağına atmamalıyıq, Amerikalı imperialistlərə möhtac etməməliyik".

Türkiyədə referendumla əlaqədar (PKK xətti xaricindəki) partiyalar tərəfindən "Müstəqillik Referendumunu Dəstəkləmə Təşəbbüsü" qurulub. “Təşəbbüs” Türkiyənin bir çox vilayətində görüşlər keçirib və paytaxtda ABŞ və Aİ səfirləri ilə danışıqlar aparıb.

“Təşəbbüs”ün üzvləri arasında olan Kürdüstan Sosialist Partiyasının sədr müavini Bayram Bozyel İsrailin dəstək bəyanatlarından narahat deyil. “Al-Monitor”a danışan Bozyelin fikrincə, İsrailin dəstəyi mövzusunda manipulyasiya var: "Kürdlər qərar verdiyi zaman kim nə deyir desin, xeyri yoxdur. Hər bir ölkə öz maraqlarına görə mövqe tutur… İsrailliləri ilk tanıyanlardan biri Türkiyə olub və onların arasında hərbi, siyasi və strateji əlaqələr var. Mən İsrailin referendum prosesinə zərər verəcəyini düşünmürəm, çünki kürd problemi İsrailin qurulmasından çox-çox əvvəl yaranıb. Kürd problemi 200 yaşındadır".

Bayram Bozyel milliyyətçi seqmentin bunu bilərək gündəmə gətirdiyini, referendumun qaralamaq istəndiyini bildirib sözünə belə davam edib: "Bəziləri kürdlərin həmişə Amerikanın “piyadası” olduğunu söyləyir, guya o pul vermədikdə, İsrail önə çıxıb. Kürd problemi olan ölkələr təəssüf ki, özlərinə müsəlman deyən dörd ölkədir. Bu ölkələrin dördü də kürdləri ittiham edir. “İkinci İsrail” iddiası müstəqillik işinə böhtandır".

Bölgədəki məsələlərə beynəlxalq əlaqələr baxımından baxan mühafizəkarlar da var. Həm də İsrailin yəhudi statusundan asılı olmayaraq, onlar peşəkar əlaqələrin inkişafını müdafiə edirlər. İraqlı kürdlərin, xüsusilə Bərzani ailəsinin İsrailə yaxınlığı illərdir deyilir-danışılır. Bəziləri hətta deyirlər ki, bu ailə yəhudi mənşəlidir.

Türkiyə kürd dövlətini özü üçün təhdid kimi görür. Lakin mühafizəkar hökumətin bu təhlükə barədə mühafizəkar kürtlərlə anlaşması çətin görünür. Baş nazirin bəyanatlarında həmişə İsrail dəstəyi vurğulanır. Ancaq referendum baxımından unudulan budur ki, Türkiyə kürdləri orada səs verməsə də, münasibət dəyişməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam