Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

TÜRKİYƏ VƏ İRAN ƏLEYHİNƏ KÜRD KARTI–Bərzaniyə dəstək verməklə, İsrail strateji xətaya yol verdimi? - TƏHLİL

Ari Haynstayn

Jerusalem Post (İsrail)

***

Sentyabr ayında İraq Kürdüstanının referendumuna yeganə dəstək verən İsrail idi və elə o gündən etibarən Kürdüstan Regional Rəhbərliyinin (KRR) prezidenti Məsud Bərzaninin səsvermə qərarında yanıldığı aydın oldu. Kürdlər beynəlxalq ictimaiyyətin müstəqilliyə qarşı olan müxalifliyinin intensivliyini və yekdilliyini qulaq ardına vuraraq, həm müstəqillik hərəkatı, həm də daxili birliyi səhv dəyərləndirdilər.

Yenixeber.org: Ərbil indi öz səhvinin ağrısını dadır, çünki federal hökumət peşmərgənin 2014-cü ildən bəri idarə etdiyi mübahisəli ərazilərin əksəriyyətində hakimiyyətini bərpa edib və Bağdad KRR-in hava sahəsini bağlayıb.

Bərzaninin separatçılıq gündəminə dəstək verməklə, Tel-Əviv strateji xətaya yol verdimi?

Doğrudur, kürdlərin müstəqillik uğrunda uğursuzluğu İsrail üçün də mənfi nəticələr yarana bilər. KDP-nin rəqibləri KVB və “Qoran” partiyası Bərzaninin səhvindən və buna bənzər böhranlardan yararlanmaq üçün əllərindən gələni edir, onlar İran tərəfdarıdır və İsrailin əleyhdarlarına daha çox sığınırlar. İranpərəst qüvvələrin yüksəlişi İsrailin KRR ərazilərindən istifadə olunmaqla, kəşfiyyat məlumatı toplanması və əməliyyatları üçün imkanları xeyli çətinləşdirə bilər.

Bununla yanaşı, ABŞ-ın təsiri İraq-Kürd qarşıdurması nəticəsində zərərə uğrayacaq: Vaşinqtonun köhnə kürd müttəfiqlərini (bir daha) tərk etməsi dost-düşmən arasında onun münaqişədə vasitəçilik qabiliyyətinə, qüsursuzluğuna, nüfuzuna xələl gətirir.

Ancaq İsrailin Kürdüstanın müstəqilliyinə dəstəyi Ərbilin referendum keçirmə qərarında əhəmiyyətli bir faktor deyil. Kürdlər İsraili müstəqilliyə dair diplomatik və / və ya hərbi dəstəyin dərəcəsini qiymətləndirmədiyindən, İsrailin ritorik dəstəyi və “masa altında” məhdud əməkdaşlığı Ərbilin hesablamalarını əhəmiyyətli dərəcədə dəyişdirməyib.

Bundan əlavə, hətta baş nazir Benyamin Netenyahu üçün xüsusi maraq kəsb edən İranın Suriyadakı iştirakı və İsrail-Fələstin sülh prosesi ilə bağlı Vaşinqtonun siyasəti nəzərə alınmaqla, ABŞ-ın referenduma təsir edə biləcəyini düşünmək Tel-Əvivin ciddi analitik səhv olardı.

Bərzaninin referendum keçirmək qərarını dəyişdirməsi halında da, ehtimal ki, İsrail çox az şey edə bilərdi.

Əslində, kürdlərin indi müstəqillik əldə etmək üçün bir sıra güclü səbəbləri vardı, o cümlədən ABŞ-ın İraqdan ayrılmasından əvvəl onlar kiçik bir pəncərəyə malik idilər.

Eyni zamanda, İsrailin kürd müstəqilliyini dəstəkləməklə çox qazandı və çox az itki verdi.

Kürdlərin müstəqilliyi İsrailə müsbət strateji üstünlük verirdi: yaxşı mövqedə olan müttəfiq. İran və Türkiyə sərhədləri boyunca müttəfiq olmağına görə, İsrail sərhəddəki düşmən şəxslərlə ittifaq quraraq təzyiq göstərməyə çalışan Tehran və Ankaranın strategiyasını pozan platforma qazana bilərdi.

Bundan əlavə, İsrailin sülh müqaviləsinə malik olduğu və ya əməkdaşlıq etdiyi regiondakı digər ölkələrdən fərqli olaraq, kürdlər Fələstin məsələsi ilə məşğul deyil. Əlbəttə ki, kürdlər İsrailin dəstəyi ilə müstəqilliyə nail olsa belə, İsrail-Kürdüstan əlaqələrinin inkişafı üçün heç bir zəmanət yoxdur.

İsrailin kürd müstəqilliyini dəstəklədikdə riskə gedirdi. Bərzaninin yerinə, İraq baş naziri Heydər İbadiyə dəstəkdə Vaşinqtonda ahəngdarlıq yox idi. Hətta senator Con Makkeyn belə kürdlərə dəstək verdi. Amma ABŞ-ın İsraillə eyni şeyi etməsi çətin baş tuta bilərdi.

İsrail kürdlərin referendumla irəliləməsi qərarında yəqin ki, əhəmiyyətli bir faktor olmadı.  O, qlobal qüvvə deyil, KRR-lə sərhədi paylaşmır , Türkiyə və İranla müqayisə edilə bilən ticarət əlaqələri yoxdur. Yəni İsrailin potensial Tel-Əviv-Ərbil ittifaqından çox şey qazanması qeyri-mümkündü. Uğursuzluğa baxmayaraq, İsrailin Bərzaniyə oynaması doğruydu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam