Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Gənclər üçün "krizis telefon xətti" bərpa edildi

Gənclər üçün "krizis telefon xətti" bərpa edildi

 

Gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstərilməsi məqsədi ilə “Krizis telefon xətti”nin işi bərpa edilib.

Yenixeber.org: Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq gənclər 510-66-36 nömrəli telefon nömrələrinə zəng etməklə onları narahat edən sualları mütəxəssislərə ünvanlaya bilərlər.

Fəaliyyət göstərən xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Burada qeyd etmək yerinə düşər ki, krizis vəziyyətinə düşmənin müxtəlif səbəbləri ola bilər ki, onlar arasında da, gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə alüdəçilik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla münasibətlərin kəsilməsi, ayrılıq, ailədaxili münaqişələr və s yer alır. Krizisə vaxtında müdaxilənin edilməməsi gənc tərəfindən qeyri-adekvat addımların atılmasına gətirib çıxara bilər, məsələn, başqasına və özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s buna şamil edilə edilər.

Məlumat üçün bildirək ki, “Gənclər üçün Krizis Xətti” layihəsi Gənclər və İdman nazirliyi tərəfindən ilk dəfə 2006-ci ildə dəstəklənmişdir. Analoji beynəlxalq metodikalar əsasında təşkil edilən və on ildən artıq dövrdə mütəmadi dəstək almış xidmətdə xüsusi hazırlıq keçmiş peşəkar mütəxəssilər işləyir.

Fəliyyət göstərdiyi vaxt ərzində xəttə 35 mindən artıq zəng daxil olmuşdur. “Krizis telefon xətti” 14-29 yaşda olan gənclər ücün nəzərdə tutulsa da, zəng edənlər arasında digər yaş grupunun da nümayəndələri vardır. Krizis xidmətinə müraciət edənlər sırasında ən gənc istifadəçinin yaşı 7, ən yuxarı yaş həddində olanın isə – 60 qeyd edilir.

“Krizis telefon xətti” Bakı şəhərinin əhalisi ücün nəzərdə tutulmasına baxmayaraq, xidmətə Azərbaycanın rayonlarından da çox sayda zənglər daxil olur.

Qeyd edək ki, xidmət pulsuz və anonimdir. Bütün zənglər haqqında məlumat xüsusi hazırlanmış "Krizis vəziyyətlərin kodifikatoru"nda əks etdirilir. Bu məlumatlar ətraflı və etibarlı məlumat bankını formalaşdırır və təhlil olunur.

Xidmətdə işləmək üçün psixologiya üzrə mütəxəssislər seçilib. Həmin şəxslərə peşəkar mütəxəssislər tərəfindən 6 günlük əlavə xüsusi treninq də keçilib.

Gənclər üçün Krizis Xəttinə müraciət üçün (012) 5106636 şəhər telefon nömrəsini yığmaq kifayətdir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam