Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

 

Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya verilən xəbərə görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  23-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  34-36° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz  35-40°, dağlarda gecə 15-20°i, gündüz  27-32° isti olacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam