Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Qar bazarları “vurdu”:meyvə-tərəvəz bahalaşdı (FOTOLAR)

 

Tarif Şurasının təbii qazın qiymətini artırması qərarı yenidən yada düşüb; təkcə göyərtilərin deyil, istixanada yetişdirilən digər məhsulların qiymətində də ciddi artım var 

 

 
Xeberinfo.com:   Son günlər qarın yağması meyvə və tərəvəzlərin qiymətlərinə də təsir edib. Belə ki, kənd təsərrüfatı məhsullarının satış mərkəzlərində əksər məhsullar bahalaşıb. “Yeni Müsavat”ın müxbiri Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarında olub və qiymətlərdə maraqlanıb.  
 
“8-ci kilometr” bazarında bütün göyərtilərin bir dəstəsi 20 qəpikdən satılır. Halbuki daha öncə 10 qəpiyə və ya 7-8 dəstəsi 1 manata təklif olunurdu. Satıcılar deyir ki, müxtəlif növ göyərtilər hazırda qarın altından yığıldığı üçün kəndlilər əvvəlki günlərə nisbətən baha satırlar. Çünki əziyyəti daha çox olur. Bu səbəbdən alverçilər də onu bazara baha gətirirlər:
“Rayonlardan göy az gələndə, Bakı göyləri bahalaşır. Qiymət dəyişməsə də dəstəsi balacalaşır..”
Digər bir səbəb isə istixanalarda sərf olunan qazın qiymətinin bahalaşmasıdır. Tarif Şurasının təbii qazın qiymətini artırması təkcə göyərtilərin deyil, istixanada yetişdirilən digər məhsulların-pomidor, xiyar, badımcan, bibər, göbələk və sairin də qiymətinə ciddi təsir edib.
Hazırda pomidorun 1 kiloqramı 2.5-3 manat, xiyarın kiloqramı isə 2.20-3 manat arasında dəyişir. Qeyd edək ki, qardan öncə qiymətlər 1.5-2 manat arasında olub.  
Bazarda daha çox İran və Türkiyədən gətirilən məhsullar yer alır. Bibərin kiloqramı isə 4 manatadır və alıcılar daha çox ədədlə almağa üstünlük verirlər. 
Kiloqramı 2 manata satılan göbələyin qiyməti isə 3-3.50 manat olub. Kökün kiloqramının qiyməti 40 qəpikdən 60 qəpiyə, ağ və qırmızı turp 1 manata, çuğundur 1 manata satılır. 40-50 qəpiyə satılan kələmin kiloqramı isə topdan satışda 80 qəpik, pərakəndə satışda 90 qəpikdir. 
Satıcı kələmin bahalaşmasını hava şəraiti ilə izah etdi: “Kələm  yerindən baha gəlir. Biz 80 qəpiyə alıb, 90 qəpiyə satırıq. İki-üç gün öncə 60 qəpiyə almışdıq. 20 qəpik artım olub. Səbəbi bizdən asılı deyil. Əsasən Bərdədən baha gəlir”. 
Kartofun qiymətində ciddi artım var. Qiymətlər 70 qəpikdən başlasa da, normal istifadəyə yararlı kartof 1 manatadır. Kiloqramı 15-20 qəpiyə satılan balqabaq da bahalaşıb. Ağ balqabağın kiloqramı 50 qəpiyə, sarı balqabaq isə 40 qəpiyə satılır. Gül kələminin kiloqramı isə 1.50- 2  manatdan satılır. 
Bazarda ən çox sarımsaq qıtlığı yaşanır. Bu məhsula yalnız 1-2 yerdə rast gəlmək mümkündür. Yerli sarımsağın 1 ədədi 50 qəpiyədir. Kiloqramı isə 10 manatın üzərindədir. Qış fəslində təbii antibiotik sayılan sarımsağın yoxa çıxmasını satıcılar istehsalın azalması ilə əlaqələndirirlər. 
Meyvələrə gəlincə, əvvəllər 30-40 qəpiyə satılan almadan artıq əsər-əlamət yoxdur. Qiymətlər 1 manatdan başlayır. Nisbətən kiçik və ləkəli almaların 3 kiloqramı 2 manatdır. Satıcıların sözlərinə görə, qiymət artımının səbəbi topdansatışda meyvələrin azalmasıdır: “Artıq qışın ortasıdır, satışda meyvə azalır. Buraya gətirilənlər isə soyuducu anbarlarda saxlanılanlardır. Təbii ki, soyuducunun pulu da məhsulun üzərinə gəlir”. 
Qar-çovğun narıngi və portağalın da qiymətinə təsir edib. Narıngi 1.20 manata, portağal 1.5-2 manata satılır. Banan 2.20, kivi 2.50, armud 3.50  manat, nar 2-3 manat arasında, xaricdən gətirilən üzüm 4 manata, limonun 3-4 ədədi 1 manata, heyvanın kiloqramı 2 manata satılır. Qızıləhməd almasının kiloqramı isə 3.50 manatadır.
 
Quru meyvələrə gəlincə, qərzəkli qozun kiloqramı 6 manat, şabalıd 7 manatadır. Ləpələrdən badam və qozun qiyməti “ceyran belinə qalxıb”, kiloqramı 21-22 manata satılır. Fındıq ləpəsinin kiloqramı 16 manatdır. Kişmişin kiloqramı  növündən asılı olaraq  8-15 manat arasında dəyişir. Digər meyvə qurularının qiyməti də 8-10 manat arasındadır. 
Mərcinin kiloqramı 3.50 manata, lobya növündən asılı olaraq  5-6 manat arasında, xaricdən gətirilən noxudun kiloqramı 6.50 manata, yerli noxud 5 manata, qarabaşaq 2.50 manata, yerli düyü 4-5 manata, xaricdən idxal olunanların qiyməti  isə 2.50-3 manat arasındadır. 
Ağartı məhsullarının qiymətində elə ciddi bir artım yoxdur. Pendir 5-6 manat arasında, şor 2.50 manata, qatıq 1 manata, süd 1 manata satılır. Kənd yumurtasının 1 ədədi 30 qəpikdir. 
Təbii ki, satıcıların əldə etdikləri qazanc havanın qarlı-şaxtalı vaxtında hər tərəfi açıq olan bazarda işləməyin, araba daşımağın, qarın altında ədədlə limon satmağın zəhmətini ödəmir. Başlarına sellofan keçirib açıq havada meyvə satan yaşlı qadınların, araba sürən qocaların vəziyyəti isə heç də ürəkaçan bir tablo yaratmır. Burada insanlar bir parça çörək üçün həyat mücadiləsi verirlər. 













Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam