“AĞACI QURD İÇİNDƏN YEYƏR”
Xeberinfo.com: Məni bu mövzunu işləməyə məcbur edən Tarif Şurasının “baş biləni” Sadiqdir. Rspublikanın ali dairəsində inandığım yalnız iki nəfərdir: Respublikanın Prezidenti İlham Heydər oğlu və Dövlət Təhlükəsizliyi Ximətinin rəisi Milli Qəhrəman Mədət Quliyevdir. Həmin şəxslərə inamımı 02.12.2016-cı il tarixdə “Xeberifo.com” saytında verilmiş “Xalqımızın ümid yeri” publisistik yazımda bildirmişəm.Qalan dövlət məmurlarının heç birisinə inanmıram.
Bir sıra ali vəzifə sahiblərinə münasibətimi 19.10.2016-cı il tarixdə “Xeberinfo.com” saytında getmiş “Balıq başdan iylənir”yazımda bildirmişəm. Bu səbəbdən məsuliyyət hissini itirmiş həmin şəxslərin adlarını bir nəfəri çıxmaq şəti ilə təkrarən bu yazımda qeyd etmirəm.
Mən Bakı şəhərinə bu yaxnılarda köcüb gəlməmişəm. 1968-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda iqtisadçı mühasib ixtisasına dair diplomunu alandan sonra təyinatımı Abşeron rayonundakı qəsəbələrdən birinə verdilər. Həmin vaxtdan Bakı şəhərində yaşayıram.Ailəli yataqxanada yaşaya yaşaya 1990-cı ildə Bakının Əhmədli qəsəbəsində mənzil sahibi oldum.Əsil müsibətim də elə bundan sora başladı.Mənzili alandan sonra məlum oldu ki, su yoxdur.
1.Su idarəsinin rəisiləri dəyişsə də bütün yayı,payızınəvvəllərisu olmurdu.Camaat başladı sağa-sola yazmağa. “Xəzər” univermağından da aşağıdakı binaların həyətindən vedrələrlə suyu Əhmədlinin təpəsinə kimi perevalları qalxa-qalxa su daşıyırdım.Hamamlanma əməliyyatı zamanı isə şəhərdəki, Sumqayıtdakı qohumlara “qonaq” gedirdik. Binamızdan almadığımız suyun ödəniş qəbzindəki məbləğləri isə məcburi qaydadaödətdirirdilər. Bu barədə “Azərsu”ASC-nə yazdığımız məktbular bir nəticə vermirdi.
Bir müddətdən sonraOktay Əsədov hansısa müsbət keyfiyyətlərinə görə isə Milli Məclisin sədri vəzifəsinə təyin edildi. Bundan sonra o, fürsətdən istifadə edərək ali cənablıq göstərib su üzrə abonentlərin “borc”unu dövlət büdcəsinin vəsaiti hesabına hesabdan sildirdi.
Uzun vaxtdan sonra “Azərsu”ASC –nə Qorxmaz Hüseynov adında Gülənçinin birisini təyin etdilər. Bu da özündən əvvəlki rəislərin yerişini əməllərində təkrar edirdi. Canım boğazıma yığılandan sonra “Balıq başdan İylənir” adında rəsmi çıxışımı 19.10.2016-cı il tarixdə“Xeberinfo.com” saytında dərc etdirib Qorxmaz Hüseynovu “tərif”lədim. Bundan sonra binamıza su günün çox hissəsində gəlməyə başladı.Düz 26 ildən sonra axır ki, olmayan su “xəstəliyi”ndən qurtulduq.
2.”Xeberinfo.com”(03.12.206-cı il) Vitse spigerdən xalqa ultimatum: ”Yoxsul yaşamağa öyrəşin”.2017—ci il üzrə dövlət büdcəsinin layihəsininmüzakirəsi zamanı Milli Məclisin sədrinin müavini Bahar Muradova cəmiyyətə xəbərdarlıq edərək deyib: ”Hər kəs ayağını yorğanına görə uzatmalıdır.Neftin dünya bazarında uşuzlaşması və manatın devalivasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin. 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”.
Bahar bəyim! Mərhum prezident Hedər Əlirza oğlu sağlığnda rayonların birində zəhmətkeşlərlə görüşündə belə demişdi: ”Mən sizləri çoxuşaqlı görmək istəyirəm”.Biz Ata-Ana övladları çox uşaqlı olsaq da böyütdüyümüz iki övladımızın biri iki,digəri bir uşaqlıdırlar. Bİz Baba və Nənə birlikdə399 manat taqaüd alırıq. Böyük oğlumun qazancı az olduğundan onu kommunal xərclərdən azad etmişik ki, ailəsini təmin edə bilsin. Aldığımız təqaüdün minimum 100 manatını kommunal xidmətlərə ödəyirik.Kasıblıq üzündən heç kimin qapısını açmırıq.Bizim geyimimizi isə yaxın qohumlar verir.Kiçik oğlumu isə sizin kimi səlahiyyətlilərin yaramazları işlədib əmək haqqını verməyərək ölkədən didərgin ediblər. İndi bilmirəm o, harda və necə yaşayır. Özüm bu ilin yanvar ayında ağır cərrahiyyə əməliyyatından sonra bu günə kimi bayıra cıxa bilmirəm. Bahalaşma tüğyan etdiyindən aldığımız təqaüd öz dəyərinin 20-30 % itirib. Xalqa ümid vermək əvəzinə bu dil, bu başla Siz hökumətə qarşı əhalidə inamsızlıq, ümidsizlik yaradırsınız. Milli Məclisdə işləməyi,danışmağı bacarmırsınızsa lal olun, gedindilinizi müalicə etdirin, başınızı nevropotoloqa göstərin.
Heç şübhə yoxdur ki, xalqa ”yoxsul yaşamağa öyrəşin” formada ultimatum verən düşüncəsiz bir sədr müavini MM-də əyləşəndə O.Əsədov Millət vəkillərinə ezamiyyə üçün vəsait tapmayacaq.Bir qayda olaraq rəhbər şəxs çətinliklə qaşılaşanda müavinlərini köməyə çağırır, onlarla məsləhətləşir, Bahar kimisi ilə yox.
Bahar xanım, gedin moüzənizi “yorğanı ayağından milyon dəfələrlə uzun olub”milləti və dövləti talayan MTN nazirliyinin generallarına və onlara hər ay 500 min dollar xərac verən Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nazirinə , Azərbaycan Beynəlxalq Bankının milyardlarla dollar vəsitini kreditadıylamənimsəyənlərə,onların moşennikliyinə göz yumub şərait yaradan Maliyyə Nzirinə, Vergilər Nazirinə, Dövlət hesablama Platasına, 2004-2013-cü illər ərzində dövlətin 99 milyard dollar həcmində vəsatini xaricə daşıyanlara və bu daşınmaya şərait yaradanlara oxuyun. İşləməyi və idarə etmənibacarmadığınızı da etiraf edib süpürgəçinizə kimi vaxt varkən hakimiyyətdən itilin.
Bahar xanım,iqtisadi və siyasi cəhətdən səviyyəsi kasıb olan Sizin kimi şəxs Qanunları ratifikasiya edən Dövlətin Ali apartında iş apara bilməz. Sizin səviyyəniz kolxoz bazarında imkansızıların ərzaqı ucuz almağa çalışanlara ərzaq malları satanların məsləhəti səviyyəsindədir. Gedin kolxoz bazarında əyləşin, bilginizi ucuz ərzaq almağa çalışan imkansızlara sırıyın.
Yoldaş Muradova, Atalar “ Alma budağından kənara düşməz” dyiblər. Bu familya sahibi kənddə 30 illik fəaliyyəti ilə kəndimizə nə gün ağladı ki, Siz ali vəzifədə əyləşib nə gün ağlayasınız.
3.Maliyyə naziri S.Şərifov deyb: “2017-ci il üçün yaşayış minimumu haqqında” Qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir. “Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12.7 % və yaxud 18.5 manat artırılaraq 164.5 manata, pensiyaçılar üçün 13.2 % və yaxud 15.2 manat artırılaraq 130.2 manata, uşaqlar üçün isə 16.8 % və yaxud 19.6 manat artırılaraq 136 manata çatdırılıb.”Xatırladaq ki, Azərbaycanda 2016-cı ildə yaşayış minimumu 136 manat təşkil edir”.
4.Beləliklə orta hesabla götürdükdə adam başına minimum yaşayış məbləği (164.5+130.2+136.0)=430.7:3=143.56 manata çatdırılmasıilə əlaqədar olaraq İqtisadiyyat nazirliyi hansı yeni iqtisadi xəbərlə xalqı sevindirməyə çalışır? Şahin Mustafayev bəzi kommunal xidmətlərinin qiymətlərini differensiallaşdırılması səbəblərini açıqlayıb.Deyir ki, 1000 kub metr qaz 140 manata başa gəlir. Satış qiyməti isə 90 manatı təşkil edir.
Ş.Mustafayevə xatırlatmaq istəyirəm ki, Müstəqilliyi əldə edəndən bəri əməli saleh dövlət məmurunu görə bilmirəm. 40 illik istehsalat-maliyyə fəaliyyəti təcrübəmdən bilirəm ki, hansı istehsalat sahəsində zərər varsa orada mənimsəmə, fırıldaq, qeyri qanunu əməliyyatlar da var. Xalqa nə qədər kəf gəlmək olar?
5. BəsTarif Şurasının “akademiki” xalqa sadiqsiz Sadiq hansı sahədə xalqa xoşagəlməz yeni qiymət artımı üzrə məlumat verir? Qazın qiyməti iki dəfə, el. enerjisinin qiyməti 57.1 % artırılır. Həmin istehsal sahələri üzrə satış qiymətini artıranlar dərk etmək istəmirlər ki, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün keçən ilki 136.00 manata qarşı 2017-ci ildə 164.50 manata çatdırılır.Yəni 28.50 manat və yaxud20.95 % artırılır. Deməli satış qiymətlərindəki el. enerjisi üzrə artım artırılan əmək haqqını 57.1% : 20.95 %=2.72 dəfə, qazda da 100.0% : 20.95%=4.77 dəfə üstələyir.Dövlətin öz istehsalı olanel.enerjisinin və qazın satış qiymətlərinibu həcmdə artırılması hökumətə baş ucalığı gətirmir.Nəhayət çatışmayan büdcəyə daxil olmaları planlaşdırılan qaydada yerinə yetirmək üçün verilən əmək haqqı və pensiyaları əhalinin əlindən almaq yolu vacib hesab olunur.Bax buna uduşu Taif Şurasının əlində olan qumarbazlıqdan başqa nə ad vermək olar?Bu ibtidai hesab əməliyyatında Sadiq gədənin dşüncəsizliyi aydınlığı ilə üzə cıxır.Sadiq kimisi olan yerdə erməni lazımdırmı?
Büdcəyə daxil olmaları planlaşdırılan qaydada yerinə yetirmək üçün dövlətin öz istehsalı olanel.enerjisinin və qazın satış qiymətlərini artırmaq vacib idimi və nə səbəbə hökumətə baş ucalığı gətirməyən bu üsula əl atılmışdır?
Bax əhalini titrədən və narazı salan xoşagəlməzliklərə aydınlıq gətirmək istəyirəm.Biz xaricdən təcrid olunmuş vəziyyətdə yaşamırıq.Xaricə mal-material da satırıq və xaricdən material və ərzaq məhsulları da alırıq. Məhsul istehsal edən məhsuldar texnologiya hələki qərbdədir.Şəxsən mənim heç şübhəm yoxdur ki,yaxın 2-3 il ərzidə məhsuldar texnologiyaya, yüksək məhsul verən mal-qaraya və bitki toxumlarına sahib olacağıq. Allah qoysa erməni faşistləri ilə müharibə də qələbə ilə sona çatacqdır.
Hər bir imkanlıölkədə əhalinin maliyyə vəziyyətini nəzərə alınıbbaha başa gələn məhsula görə dövlətdən dotasiya ayrılır. Bizdə də bu gündə kəndli təsərrüfatlarına müəyyən qədər dotasiya ayrılır və ödənilir. Respublikamızda əmək haqqı və taqüdlərin aşağı olmasına baxmayaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən el. enerjisinin və qazın istehlak qiymətləri uyğun olaraq 57 % və 100 % qaldırılaçaqdır. Əgər ali şəxslər yarınanların yox,medianın dediyinə və yazdıqlarına vaxtında əhəmiyyət versəydilərmilyard dollarla vəsait talancılar tərəfindən havaya sovrulmaz və bu günə kimi büdcəmizdə ehtiyat vəsait olardı ki, əhali tərəfindən də istehlak edilən el.eneryisinin və qazın qiymətlərini qaldırmağa ehtiyac olmazdı. Enerji daşıyıcılarının qiymətlərinin qaldırılması respublikada istehsal olunan bütün məhsulların qiymətini ağılasığmaz həddə çartıracaqdır. Bu da kütləvi narazılığa gətirib çıxaracaqdır.
Bəs maliyyə ehtiytımızın olmamasının səbəbi nədir?Bu günlərdə məlum olub ki, Azərbaycan Benəlxalq Bankının sabiq sədriElmar Məmmədov Hüquq mühafizə orqanları tərəfindən saxlanılıb (Xeberinfo.com 08.12.2016-cı il). Xatırladaq ki, Elmar Məmmədov “Azər-Türk Bankı”nın sədri olanda Fərhad Adıgözəlov onun müavini vəzifəsində çalışıb. Elmar Məmmədov ABB-nın sədri təyin edidikdən sonra F.Adıgözəlov “Azər-Türk Bankı”nın sədri təyin edilib. İndi xəbər verilir ki, F.Adıgözəlov da vəsifəsindən kənarlaşdırılıb.Aydınlaşdırılıb ki,E.Məmmədov daCahangir Hacıyevin yolunu gedirmiş. Can çox şirindir.Şübhə yoxdur ki, istintaqda bu şəxslər üzə duraraq söykəndikləri şəxsin üzünə dayanacaqlar.
Hal hazırda iki yırtiçı-ABB-nı havaya sovuran və Milləti, Dövləti talayanlarınkeçmiş MTN-nin rəhbəri nəzarət altında, dəstəsi də həbsdədirlər.E.Məmmədovun istintaqından sonra talancılara arxa duran üçüncü,dördüncü, beşinci talançının kim olduğu aydınlaşacaq. Bu kimiləri respublikada 3-5 nəfər deyillər. Onlar Afrikanın çəngəlliklərində sürüylə dolaşan vəhşi itlər sayındadırlar.Bunlar millətə və dövlətə pərçim olub elə soxulublar ki, çətin ki,yaxın 3-5 ilə onlardan xalq və Dövlət azad ola bilsin.İnandığım iki nəfər bu kimilərin öhdəsindənqısa müddətəgələ biləcəklərmi?
Nə qədər ki, ərzaq malları, dərman preparatları və əhali tərəfdən çox işlənən mallar xaricdən respublikamıza daşınır, həmin əmtəəlik məhsullara münasib dollar da respublikadan xaricə daşınacaq. Bunun qarşısını zorakı yolla yox, dinc yolla almaq üçün respublikanın daxilində həmin əmtələrin istehsalını qaydaya salmaq lazımdır. Bunu əvvəlki illərdə müxalif mətbuatında çıxış edib demişəm.Mənə qulaq asan varıydımı?
Nə qədər ki, respublikanın maliyyəsi vahid əldə-vahid mərkəzdə cəmləşdirilməmişdir, ABB-dən kredit adına götürülüb əslində mənimsənilən dollarlar “qara bazar” da manata meydan oxuyacaq.
Nə qədər ki, ”qara bazar”a şərait yaradanlər azadlıqdadır və vəzifə başındadırlar respublikada maliyyə sabitlyi olmayacaq.Manatı dəyərdən salanlar da bu kimilərdir.
Nə qədər ki, oliqarxlaşmanın qarşısı alınmır, manat get gedə də ucuzlaşaq, iqtisadi inkişafa maneçilik artacaq.
Ən dəhşətlisi isəodur ki, ABB-ndan milyardlarla dollarların hansı üsulla buxarlandığını səlahiyyətlilər(polkovnik Tofiq Rəcəbovun xəbərdarlıqları) bildikləri halda onun qarşısını vaxtında almaq üçün tədbirlər görməmişlər.Ancaq birisi satirik şeir və yaxud publisistika vasitəsilə kimisə əməlləri üzrəifşa-biabır edirsə həmin şəxsi həsxanaya atırlar.
Birinci yazının sonu. Sağlıq olsun, ikinci yazımı idarə etməyə həsr edəcəyəm.
Quliyev Elxan Sarı o