Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fərman Prezident Administrasiyası tərəfindən izlənilməlidir

Fərman Prezident Administrasiyası tərəfindən izlənilməlidir

 

Yenixeber.org:   Bəri başdan deyim ki, heç bir partiyanın üzvü deyiləm və 1968-ci ili iyun aayında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilimi başa vurandan sonra təyinatla Abşeron rayonunda işlə təmin olunmuşam.

“Azərsu” ASC sədri Qorxmaz Hüseynov haqqında  tənqidi publisistik “Balıq başdan iylənir” adında yazım “Xeberinfo.com” saytı vasitəsiylə 19.10.2016 cı il tarixdə oxucuların diqqətinə çatdırılmış və 7467 nəfər oxucu tərəfindən mütaliə olunmuşdur.Ola bilər ki, o insanlarla davranışında olduqca nəzakətlidir.  Ancaq dövlət qarşısında vəzifə borcunu yerinə yetirməkdə hansı ləyaqətin sahibi olduğnu, maliyyə rəqəmlərindən və yay vaxtı sakinlərin su təhizatında  görmək mümkündür.

Cəmiyyətə yaxşı məlumdur ki, insan bir neçə gün aclığa dözə bilir,ancaq susuz bir saat dözməsi  mümkünsüzdür. Qaynar xəttə (955) və (371.65.36) saylı telefonla nə qədər zənk etsək də cari ilin iyun ayının axırından iyul ayının 5-i də daxil olmaqla yaşadığımız binaya icməli su verilmədi. Tərs kimi həmin günlərdə lift də işləmədi ki, heç olmazsa JEK-in aşağıda qoyduğu üc tonluq sisterndən su daşıya bilək. (Evimiz iki ailəli 6 nəfərdir, 2 nəfəri körpədir). Demək olar ki, hər il yayın əvvəlindən payızın əvvəlinə kimi su təchizatındakı yaramazlıqlar davam edir.

Mən 79 yaşındayam, şikəstəm və Bakıdan köçəsi də deyiləm. Dövləti vəzifələrdə işlədiyimdən başa düşürəm ki, mətbuatda, saytlarda çıxış edərkən insanları təhqir etmək olmaz. Cox təəssüf ki, Qormaz Hüseynov təhqirə də layiq deyil.   Su təchizatında başımıza gətirdiyi müsibətləri mərhum prezident Heydər Əliyevin Respublikanın prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündə (XALQ QƏZETİ 27.04.2000-ci il) dediyi cümlələrlə Qorxmaz Hüseynovu, onun ətrafınını və onu müdafiə edənlərin nəyə layiq olduğunu demək mümkündür. H.Əliyev demişdir:” bizim bəzi yüksək vəzifəli şəxslərimiz vəzifə alandan, bu vəzifənin dadını bir az görəndən, bu vəzifəyə görə özünü bir balaca yüksək səviyyədə görəndən sonra onlarda başgicəllənmə  xəstəliyi əmələ gəlir,bu cox kobud söz olsa da, mən bunu  deyəcəyəm,-qudurma əmələ gəlir.Bu söz rus dilində daha incədir, ona “zaznaystvo”deyirlər, amma mən Azərbaycan dilində bu sözün “qudurma”dan savayı əvəzini tapa bilmirəm. İnsanlar qudururlar.O dərəcədə qudururlar ki, onlar  artıq hesab edirlər ki, qanunu da poza bilərlər, müxtəlif çirkin üsullardan da istifadə edə bilərlər.”

40 il maliyyə rəqəmləri ilə işlədiyimdən və “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynovun maliyyə məsuliyyətsizliyini aydın göstərmək məqsədilə “Xeberinfo.com” saytında (31.05.2017-ci il) dərc olunmuş “Qorxmaz  Hüseynova göstərilən etimad: “Azərsu” sədri bu etimadı belə doğruldur” adında  tənqiddən maliyyə rəqəmlərini bir daha respublikanın məsul şəxslərinin nəzərinə çatdırmağı lazım bildim.

Əvvəlcə vaxtı ilə “Azərsu” sədri olmuş Oktay Əsədov haqqında.O,”Azərsu”ASC-də işlədiyi müddətdə içməli suyu sağa-sola paylayıb biz sakinlər içmədiyimiz suyun məbləğini öz debitorlarına yazdı. Milli Məclisə sədr vəzifəsinə təyin olunandan sonra yeni vəzifəsindən istifadə edib  həmin məbləği  hesabdan sildirdi və sakinləri kreditor borclardan “xilas”etdi. Həmin rəqəm bu yazıda öz əksini tapıb. Bəli respublikada tarix və hüquq elmləri doktorları “tapılmadığından” su mühəndisi MM-in sədri vəzifəsinə təyin etdildi.

Həmin yazıdan (yazının müəllifi Etibardır)  bir parçanı qeyd edirəm: ”16.02.2011-ci il tarixdə cənab prezident İlham Əliyevin sərəncamı ilə Qorxmaz Cavanşir oğlu Hüseynov “Aərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildi. Bu təyinatdan qısa müddət sonra dövlət başçısı “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” Fərman imzaladı. Fərmanın preambula hissəsində bu sənədin imzalanması belə əsaslandırıldı ki, məqsəd əhalinin icməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etməkdir. Bu məqsədlə də əhalinin icməli su təchizatı və kanalizasiya xidmətinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” ASC-nə olan 294.2 milyon manat məbləğində borcları silindi.(Həmin iki tarixə diqqət yetirdikdə aydın olur ki, borclar Qormaz Hüsynovdan əvvəl yaranıb-QES<!--[if !supportAnnotations]-->.

Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıldı ki,”bu Fərmanın 1-ci hissəsinə əsasən əhalinin borclarının silinməsi ilə bağlı ”Azərsu” ASC-nin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görsün”. 10 avqust 2011-ci ildə isə Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarix 405 saylı Fərmanın 3.1 bəndinin icrasını təmin etmək məqsədilə “Azərsu”ASC-nin 2011-ci il fevral ayının 1-nə olan aşağıdakı kreditor borclarının silinməsi haqqında 133 sayla Qərar qəbul edir və “Bakelektrikşəbəkə”  ASC-nin balans və balans arxası hesablar üzrə -83 milyon manat, ”Sumqayıtelektrikşəbəkə” ASC-nin balans və balans arxası hesabları üzrə 64.1 milyon manat, “Azərenerji” ASC üzrə 9.3 milyon manat,”Azərbaycan Meliorasiya və Su Təsərrüfatı “ASC üzrə 65.6 milyon manat silinir.

Qərarla Maliyyə Nazirliyinə və “Azərsu” ASC-nə tapşırılıb ki, “Azərsu” ASC-nin elektrik enerjisinə görə olan borcların xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56.5 milyon manat, habelə həmin cəmiyyətin dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna ödənilməli olan 3.8 milyon manat borcların nizamnamə kapitalına yönəldilməklə  silinməsi təmin edilsin.

Bununla yanaşı “Azərsu” ASC tərəfindən Dünya Bankından, Asiya İnkişaf Bankından, Almaniyanın KW Bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və digər banklardan dövlət zəmanəti ilə alınmış kreditlərə görə 11.9 milyon manat məbləğdə öhdəliklərin 2011-2013-cü illər ərzində Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan qaytarılması ilə bağlı müvafiq tədbirlər görülməsi də Maliyyə Nazirliyinə tapşırılıb”.

İndi isə həmin borcları-rəqəmləri cəmləyək-83.0+64.1+9.3+65.6+56.5+3.8+11.9=294.2 milyon manat.

Əsas bəla odur ki, hakimiyyət kürsülərində əyləşən qorxmazlarda Heydər Əliyevin dediyi xarakterlər, xəstəliklər möhkəm kök atıb, daha doğrusu onlar özlərini xəlifə hesab edirlər. Onun fəallıqla qarışdığı bir maliyyə əməliyyatını Politika.az saytı belə təsvir edir-Qorxmazın əlaqədə olduğu  “Lotos” Şirkətinin nəzdidə yaradılmış Ceyrabatan tənzimləyici qurğusu ilə bağlı işlərin ilkin smeta dəyəri 180 milyon manat olsa da , sonradan bu məbləğ artırılaraq 250 milyon manata çatdırılıb. Əslində isə bu qurğuya cəmi 80 milyon manat xərclənib.

Bəs bu kimilər necə yetişir? Prezidentin verdiyi fərmanın tam yerinə yetirilməsi Prezident Administrasiyası tərəfindən izlənilmək (izlənilmə kimin kimlə əlaqədə olmasını bilmək üçün kəşfiyyat xarakteri də daşıya bilər) əvəzinə Fərmandan sonra Fərmanla əlaqədar olaraq Nazirlər Kabinetinə sərəncam verilir,  Nazirlər Kabineti də öz növbəsində Maliyyə nazirliyinə tapşırıq verir. Nazirlər Kabineti, onun sədri və kadrları isə idaretmə keyfiyyətini itirmiş, tam aşınmış inventarlardır. Maliyyə Naziri isə xarici kəşfiyyatın agenti və Azərbaycan Beynəlxalq Bankının külünü göyə sovurandır. Nəticədə Fərmanın izlənilmədiyini bilən qorxmazlar həmin iki ali təşklatla asanlıqla dil tapıb məqsədlərini həyata keçirirlər.

Müharibə dönəmində yaşadğımız bir vaxtda prezident  tərəfindən verilən islahatların sürətlə həyata keçirilməsi üçün süründürməçiliklə məşğul olan Nazirlər Kabineti və Maliyyə Nazirliyi kimi vecsiz təşkilatlara sərəncam və tapşırıqlar verilməməli, bu kimilərə ümid olunmamalıdır.Kicik bir respublikada prezident tərəfindən verilən Fərmanların yerinə yetirilməsinə və tam icra olunmasına nəzarət  Prezident Administrasiyası tərəfindən həyata kecirilməlidir.

Yazını 9 fevral tarixdə tamamlamşıdım ki, “Xeberinfo.com”da saat 18 də “Azərsu” ASC-nin fatihəsini oxudum.   

  

Quliyev Elxan Sarı o.             

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam