Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

XALQIMIZIN ÜMİD YERİ


 

Xeberinfo.com:  24 noyabr 2016-cı il tarixdə “Xeberinfo.com” saytında getmiş “Mahmudovun hədəsinin arxasında nə dayanır?”yazısı məni möhkəm silkələdi.Həmin yazıdan iki cümləni olduğu kimi bir daha oxucuların diqqətinə catdırıram. Yazılıb:”Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz”,-deyib Mahmudov telefonun dəstəyini asıb. Məlumatda o da bildirilir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb”.Prokurorluğa belə bir cavab ondan irəli gəlir ki, onun görmək istəmədiyi vətəndaşı qanunlu və yaxud qanunsuz həbs etməyə alışmışdır, özünün həbs olunmağına yox. Heç şübhəsiz ki, mayası OBXSS-dən tutulandan  bu kefiyyətdə də mtn naziri olacaqdı.Həyat təcrübəmdən bilirəm ki,hər iki vəzifə sahiblərinin çiynində onların kimliyini tanıdan rütbələr olsa da tutduqları vəzifələr bambaşqa xarakter daşıyır. Bir vətəndaş kimi Mahmudovun nə dediyi və davranışına haqq qazandırmıram.Verdiyi cavabın məsuliyyətini özü daşıyır.Bəli,təqsirkar nə qədər ki, azadlıqdadır o nə istəsə danışa bilər.

Mən güman edirəm ki, “onun hədəsinin arxasında nə dayanır” yox,onun hədəsininarxasında xarici kəşfiyyat dayanır. Beləsini məsul vəzifəyə itələyənlər Müstəqilliyimizi sarsıtmaq üçün bu yolu seçiblər. Bəyəm tək bu şəxsləmi?

Şəmsi Rəhimovun qətlindən sonra Milli təhlükəsizliyə xidmət edən Xüsusi idarəninbelinin sındırılmasını ekspert Rövşən Novruzoğlu”Prezident yanında Xüsusi idarə” yazısı ilə belə izah edir: “ General Elman Qəmbərovun dövründə bu idarə özünə ölüm hökmü çıxardı, rüşvət və ədalətsiz,ləyaqətsiz işləri ilə hər şey alt-üst edildi...Heç kəsin gözləmədiyi Elman Qəmbərov Xüsusi idarəyə rəis təyin olundu.Bu əsl möcüzəli bir fakt idi.Azərbaycanlı təfəkküründən uzaq, heç bir siyasi savadı, dünyagörüşünə malik olmayan,insanlıqdan, mərdlikdənvə cəsarətdənuzaq birisinin möhtəşəm bir idarəyə rəis təyin olunması Xüsusi idarənin belini sındırdı. Əslində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə elə bu lazım idi və yaxud ABŞ-ın Azərbaycandakı səfirliyi Xüsusi İdarədə törədilən qətldən sonra özünü bir qədər rahat hiss etdi ”.13 noyabr 2015-ci il.Yuxarıda qeyd etdiyim kimi səbatsız, dəyərsiz şəxslərin şöhrətli bir idarəyə soxulmalarının xarici kəşfiyyatla əlaqəli olduğunu güman etməyim heç də əsassız deyil.

MTN-nin sabiq əməkdaşı Rövşən Novruzoğlu “Şərəf və Ləyaqətlə ölmək istəyən varmı???”adlı çıxışında” yazır:”Hələ 1945-ci ildə ABŞ-da yaradılmış Mərkəzi kəşfiyyat İdarəsinin rəhbəri general Dalles Xəritədə Azərbaycanı nişan verərəkdeyirdi: “ Gedin. Azərbaycana gedin. Özünüzlə pul, sərvət götürün... Qızıl, brilyant götürün.Ətrafınıza bacardıqca axmaq, dayaz, milliyəti bilinməyən adamlar yığın. Onlar-pula həris adamlar həmişə sizinlə olacaq. Lap yuxarı rütbə verin, ağıllı başları ləkələyin, məhv edib sıradan çıxarın. Var gücünüzlə yaranmaqda olan hüquq mühafizə orqanlarına soxulun. Parlamentdə ölkəni təmsil edin. Radio, televiziya verilişlərində, mətbuat səhifələrində milli-mənəvi dəyərləri məhv edən layihələr ...işləyin”22.10.2015-ci il.İzahata ehtiyac varmı?Respublikanın Baş Prokurorluğunda Hüquq Mühafizə Orqnlarının işinə nəzarət edən “ Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi” var. Bu idarə ona verilən hüquqdan istifadə edib təqsirkarın arxasında kim və nə dayandığından asılı olmayaraq onu istintaqa cəlb etməklə vəzifə borcunu yerinə yetirməli,təqsirkarla Prezident Administrasiyası arasında xəbər daşımaqla məşğul olmamalıdır.

Azərbaycan Xüsusi Xidmət orqanlarının keçmiş əməkdaşı Polkovnik Tofiq Rəcəbov tərəfindən: Birinci  ”18 milyard dollar gətirilmişdir (Xeberinfo.com 18 noyabr 2015-ci il), İkinci “18 milyard  inqilab pulu”nun sənədləri(Xeberinfo.com 25 noyabr 2015-ci il ), Üçüncü“16 milyard avronu Bakıya kim necə gətirdi (Virtualaz.orq 28 noyabr 2015-ci il) dəqiq məlumatlar hüquq mühafizə orqanlarına və mətbuata da verilmişdir. Sübuta da yetirilmişdir ki,həmin vəsaitlərin axırına çıxan Azərbaycan Beynəlxalq Bankı və keçmiş MTN olubdur. Demək istədiyim odur ki, sübuta sübut axtarmazlar. “Ovu bərədə ( ov gözlənilən yer, pusqu yeri) vurarlar”.

Əsas bir cəhəti xatırlatmaq istəyirəm ki, SSRİ çöküb respublikalar müstəqillik qazanandan sonra vəzifə sahiblərinin hamısı mənsəbpərəstlik xəstəliyinə yoluxmuşlar. Qısa müddətə də həmin xəstəliyin qarşısını almaq  mümkünsüzdür. Ona görə mümkünsüzdürki, məsəbpərəstlik  əhalinin, dövlətin vəsaitinin talanması nazirlik, nazirlər səviyyəsində aparılır və onlar məhkəmə qarşısında abır-həya etmədəntutduqları yaramaz əməlləri etiraf da edirlər. Bu zərərli vərdişin qarşısının alınmasında tam səlahiyyət sahibləri və əsas güc prokurorluğun sınaqdan çıxmış təcrübəli, daha doğrusu halal süd əmmişəməkdaşlarının üzərinə düşür.                            Verilən müddətdə işinin öhdəsindən gələ bilməyənlər, bu sahədə süründürməçiliklə məşğul olanlar kimliyindən asılı olmayaraq vəzifəsilə xudahafizləşməlidir.

Müstəqilliyimizin möhkəmliyi və əbədiləşməsi, durmadan iqtisadi inkişafı və vətəndaşlarımızın firavan yaşaması  üçün xalqımızın ümidgahı, ümid yeri Prezidentimizin xarici və daxili siysətində, ordunun qələbəsində,hüquq mühafizə orqanlarının qanunların tələblərinə cavab verə bilən fəaliyyətində və təhsil-elm sisteminin qərblə ayaqlaşa bilməsindədir.Həmin şərtlərdən hələlik Prezidentimizin və ordumuzun fəaliyyəti özünü doğrultmuşdur.

Vətəndaşlarımız əmindir ki, Prezidentin hal-hazırda apardığı kadr islahatı nəticəsində qeyd edilən sahələrdə də əsaslı irəliləyişlər olur və olacaqdır da.Yeri gəlmişkən, Prezidentin kadr islahatının həyata kecirilməsi ilə əlaqədar olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Milli Qəhrəman Mədət Quliyevin təyin edilməsi özünü doğruldub və Respublikanın ən şöhrətli idarəsinin şöhrəti özünə qaytarılıbdır. İnternetdə M.Quliyevin müsbət fəaliyyətini əks etdirən məlumatları biz oxucular izləyir və şad oluruq.

      

Quliyev Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam