Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Əmanətlərinizi dollarda saxlamayın”

1810

Valyuta bazarında kursun formalaşması əsasən gözləntilərdən asılıdır.

Xeberinfo.com:   Sirr deyil ki, neftin qiymətləri milli valyutanın kursuna ciddi təzyiq göstərir. İxracdan gələn gəlirlərin böyük əksəriyyətini neft və neft məhsullarından gələn pullar təşkil edir.
Azərbaycan parlamentinin sabiq deputatı Nazim Məmmədov “Sputnik” açıqklamasında manatın bahalaşmasının davam edəcəyini bildirib:“Əgər neft 40 dollar səviyyəsində qalsa, milli valyutanın 30% möhkəmlənəcəyini demək olar. Belədə istənilən halda bu, ajiotaj fonunda baş verəcək. İş ondadır ki, əhali öz maaşına valyuta alır və ümid edir ki, dollar yaxın vaxtlarda yenə qalxacaq. Və hazırda manatın qüvvətlənməsi fonunda yenə də eyni prosesi – əhalinin manatı kütləvi şəkildə banka satmasını gözləmək olar”.
Dollara olan mövcud tələbatın ödənilməsi milli valyutanın möhkəmlənməsinə kömək edə bilər: “Mən manatın möhkəmlənməsi ilə bağlı hazırda atılan addımları müsbət qiymətləndirirəm və adamlara məsləhət görürəm ki, xarici ticarət əməliyyatları ilə məşğul olmayaq, xaricə turist səfərlərinə getməyək və öz əmanətlərimizi dollarda saxlamayaq”, — deyə Məmmədov bildirib.

Əgər Nazim Məmmədovun proqnozu özünü doğruldarsa, dollar manat qarşısında 1.20 səviyələrinə qədər düşməlidir.
Qeyd edək ki, bu gün rəsmi USD/AZN məzənnəsi 1.5238 səviyyəsinə düşüb. Martın 11-də USD/AZN rəsmi məzənnəsi 1.6456 səviyyəsinədək çıxmışdı. Son 20 gündə Manat 7,5% bahalaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam