Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Laser Beauty Clinic" nazirliyin qərarına əməl etmir: Fəaliyyəti davam edir

Xəbər verdiyimiz kimi, "Laser Beauty Clinic"in filialının lisenziya əlavəsi dayandırılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Yenixeber.org: Nazirlik bildirib ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub. 
Məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.
Qaynarinfo xəbər verir ki, nazirliyin qərarına baxmayaraq, "Laser Beauty Clinic" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir. Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir. 
Bunu dəqiqləşdirmək üçün klinikanın saytında yerləşdirilən telefon nömrəsinə zəng etdik. Bildirildi ki, filial həqiqətən fəaliyyət göstərir. O da qeyd edildi ki, klinika hazırda pasiyent qəbulunu davam etdirir.
Göründüyü kimi, "Laser Beauty Clinic" Səhiyyə və İqtisadiyyat nazirliklərinin qərarlarının əməl etməyərək, öz fəaliyyətini davam etdirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam