Yenixeber.org: Xırdalanda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb.
Məlumata görə, yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub.
FHN-nin briqada rəisi, leytenant Səbuhi Hüseynov Qaynarinfo-ya bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur. 
Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir. 
***
12.50
Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xırdalanın mərkəz prospektində yerləşən binada başlayan yanğın getdikcə şiddətlənir. Əhali köməksiz vəziyyətdə qalıb. Məlumata görə, hələlik FHN əməkdaşları hadisə yerinə gəlməyib.