Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Azərişıq” Ağcabədidə hansı qaranlıqları işıqlandıracaq?

 

 

 Hansı məmur və iş adamları qorxuya düşüb?

“Xeberinfo.com”: Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən respublika ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunması, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” ASC-inin balansına verilməsinə başlanılıb.

Artıq “Azərişıq” ASC-i bütün regionlar üzrə tam səlahiyyətlərinin icrasına başlayır: “Azərişıq” ASC-nin Bakı şəhəri ilə birgə 7 regional idarəsi (Biri Bakıda, 6-sı regionlarda) yaradılacaq. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə veriləcək”. Qaydalara uyğun olaraq, “Azərişıq” ASC-nin yeni nizamnamələrinin və strukturlarının layihələri hazırlanıb, hökumətə təqdim edilib. Bu barədə dövlət başçısının sərəncamında Nazirlər Kabinetinə xüsusi tapşırıq var. Bu sərəncamla “Azərnerji” ASC-nin tabeliyində olan rayon elektrik şəbəkələri (işıq idarələri) adıçəkilən ASC-dən alınaraq, “Azərişıq” ASC-nin tabeliyinə verilir.

Bu isə əyalətlərdə bəzi məmurlara talançılıq üçün daha bir fürsət verib. Belə ki, “xeberinfo.com”a daxil olan məlumatda qeyd edilir ki, bu proses Ağcabədi rayonunda elektrik enerjisindən sui-istifadəni üzə çıxara bilər. Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədovun qardaşının rəhbərlik etdiyi “Nağıoğlu” MMC-nin Beton zavodu, Aqlay sexi və rayonun Kəhrizli kəndi ərazsində Qarqar çayının yatağında olan Qum-çınqıl karxanasında istifadə olunan elektrik enerjisinin talan olunması ilə bağlı iddialar var...

 Bu iddiaları araşdırmağa başlamışıq. İnanırıq ki, “Azərişıq” ASC-inin rəhbərliyi də prezidentin onlara göstərdiyi etimadı layiqincə qiymətləndirəcək və bu araşdırma zamanı həqəqətin üzə çıxaması üçün bizə yardımçı olacaqlar.

 

 

Əli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam