Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Sadiq Qurbanov da seçki qanunlarını pozdu...

Sadiq Qurbanov da seçki qanunlarını pozdu – Foto
64 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizəd Sadiq Qurbanovun həyat yoldaşı dövlət qulluqçusu olduğu halda, qanunları pozaraq ərinin təbliğat-təşviqat kampaniyasında iştirak edir.

Yenixeber.org: Məlumata görə, Günay Qurbanova Seçki Məcəlləsinə və qanunvericiliyə zidd olaraq, Bakı şəhər Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri vəzifəsində işləməklə bərabər, Sadiq Qurbanovun təbliğatını aparır. Hüquqşünaslar qeyd edirlər ki, dövlət qulluqçuları, məmurlar, vəzifəli şəxslər heç bir halda seçki təbliğatında iştirak edə bilməzlər. Lakin Günay Qurbanova tutduğu vəzifədən istefa vermədiyi halda, həyat yoldaşı ilə bağlı təbliğatla məşğuldur.

Mütəxəssislərə görə, bu məsələ həm Bakı şəhər Təhsil İdarəsi, həm də Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırıla bilər. Məlumata görə, məmur xanım həyat yoldaşının təbliğatı üçün vəzifə səlahiyyətlərindən istifadə edərək Salyanda olan təhsil işçilərinə təbliğat-təşviqatda iştirak tapşırığı verib, onların imkanlarından inzibati resurs kimi seçicilərlə görüşlərdə istifadə edir.
Onu da xatırladaq ki, deputatlığa namizədlər arasında qohumları və ya yaxınları dövlət qulluqçusu olan, lakin namizədin təbliğatını aparan tək Sadiq Qurbanov deyil. Misal üçün YAP-ın namizədi Siyavuş Novruzovun qardaşı oğlu, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bu postu tutduğu halda, əmisinin təbliğatını aparır. Bu da sözsüz ki, qanunların kobud şəkildə pozulmasıdır və deputatlığa namizədə yol verdiyi qanun pozuntusuna görə MSK tərəfindən ən azı rəsmi xəbərdarlıq oluna bilər.

Yazıda adı keçən tərəflərin məsələyə aydınlıq gətirməsi üçün açıqlamasını işıqlandırmağa hazırıq.(tribunainfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam