Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müəllimlərin maaş qalmaqalı

Bu ölkədə müəllimlərin nəinki etiraz aksiyaları, hətta öz narazılıqlarını ziyansız sözlə ifadə etmələri və mətbuat vasitəsilə ictimailəşdirmələri belə nonsens kimi görünür.

Xeberinfo.com:   Xüsusən də orta məktəb müəllimləri özləri barədə sosial cəhətdən passiv, iqtidara münasibətdə isə ən loyal təbəqə stereotipi yaradıb. Ancaq bu, heç də onların hakimiyyətdən razılığı, etirazlar üçün isə səbəblərinin olmaması anlamına gəlmir.

Musa Quliyev

Ötən ilin sonlarında həvəskar şair olan deputat Musa Quliyevdən həkim və müəllimlərin maaşları barədə soruşduqda “Artım gözlənilmir. Bunun üçün tibb və təhsil bazar iqtisadiyyatına keçməli, səviyyəsi yüksəlməlidir” demişdi.

Əslində bu kəlmələr neoliberal quruluşlarda ən mühüm sahələrə hakimiyyətin baxışını ortaya qoyurdu - kapitalizmdir, hətta heç vaxt supermarktə çevrilməməli sahələr belə bazara çevrildilməlidir. Halbuki, məhz bu iki sahə özəlləşdirilməyə və vəhşi bazar qanunlarına tabe etdirilməməlidir (əlbəttə, buraya mədəniyyəti və bəzi iqtisadi sahələri də əlavə etməliyik).

Üstəlik, adicə bir deputatın təhsil və tibb işçilərinə vecsiz, yuxarıdan aşağı baxışını ortaya qoyurdu (bu ilin əvvəlində prezident müəllimlərin maaşlarını artırmaq barədə qərar verəndə, nədənsə bu deputat öz arqumentlərində israr etmədi və susdu).

Hadı Rəcəbli

Yaxud 150-200 manat maaşla dolanmağa məhkum olunmuş müəllimlərlə bağlı digər deputatın - Hadı Rəcəblinin kəlmələri də çoxdan aforizmə çevrilib. O, narazı müəllimlərə dərsdən sonra daş daşımağı, divar hörməyi məsləhət görmüşdü.

Əlbəttə, müəllimlər bu deputatların timsalında hakimiyyətin onlara reallıqda necə münasibət bəslədiyindən xəbərdardır və bunların fərqindədir. Seçkilərdə loyallıq göstərəndə də, rəsmi mərasimlərdə canfəşanlıq edəndə də, TV qarşısına çıxarılıb iqtidarın şəninə odalar deyəndə də müəllim anlayır ki, bunun müqabilində istədiyini ala bilməyəcək. Çünki ucuz təbliğatçı rolunu o qədər oynayıb ki, artıq bu, onun borcu kimi qəbul edilir. Habelə büdcədən tam asılılığı ona manevr imkanı da qoymur.

Repetitorluq Bakı və bəzi şəhərlərdə yaşayan müəllimlər üçün alternativ rol oynaya bilir (bu sahədə də onları sıxmaq mümkündür). Ancaq kənd və rayonlarda fəaliyyət göstərən müəllimlər bu alternativdən də məhrumdur.

Bu da azmış kimi tez-tez çəkildikləri bacarıq imtahanları kimi şoular da onların narazılığını artırır ki, azaltmır. Bir sözlə, müəllimlərin özlərinə təlqin etməyə tam haqları var ki, onlar verdiklərini almırlar, təbliğatçı və seçkilərdə oynadıqları rol müqabilində aldadılmış hala salınıblar.

Son vaxtlar isə bu narazılığı artıran digər subyektiv səbəblər də çoxalıb. Söhbət təkcə maaş artımı adı altında müəllimləri kateqoriyalara, “ağ” və “qara”ya bölməkdən də getmir. Ondan gedir ki, indiki tələbatlarla müqayisədə onsuz da az olan maaşlarını da ala bilmirlər.

Bu maaş məsələsi də nadir hallarda ictimailəşir. Son bir neçə ildə yalnız barmaqla sayılası qədər fakt xatırlaya bilərik. Məsələn, 2013-cü ilin dekabrında Bakı məktəblərində müəllimlərin maaşlarından özlərindən xəbərsiz müəyyən məbləğ kəsilmişdi. Söhbət yazı işlərinin yoxlanılmasına görə maaşa əlavə edilən məbləğdən gedirdi.

O vaxt pedaqoqlar aksiya keçirdilər, nazirliyə müraciət etdilər, orada onlara bu pul ixtisarının nazir Cabbarovun göstərişi (təbii ki, şifahi göstərişi) ilə edildiyini bildirdilər, sonunda isə təşvişə düşərək problemi tezliklə yoluna qoyacaqlarının anonsunu verdilər.

Unutmayaq ki, Bakı şəhərində 325 ümumtəhsil məktəbi fəaliyyət göstərir və nəticədə xeyli iri məbləğ pulun “ixtisar”ından söhbət gedir.

Yaxud ötən ilin dekabrında Tovuz məktəblərində çalışan müəllimlər maaşlarının bir aydır gecikdirilməsindən şikayət etmişdilər. Onlar səbəblə maraqlananda direktorlardan gecikmələrin 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunları ilə bağlı olduğu cavabını almışdılar. Müraciətə cavab olaraq Təhsil Nazirliyindən rayon təhsil şöbəsinə tapşırıq verəcəklərini bildirmişdilər. Yəni müəllimlərin şikayəti təkzib edilməmişdi.

Məsələ ondadır ki, söhbət lokal və nadir insident kimi görünə bilər, ancaq bu tip faktlar çoxdur, sadəcə mətbuata çıxmır. Ancaq son günlər sanki tabu pozulub. Belə ki, analoji narazılıq eyni vaxtda iki rayonda yaranıb. Söhbət sentyabrdan bəri maaşlarını ala bilməyən Cəlilabad və Biləsuvar müəllimlərindən gedir.

“İki aydır ki, maaşımız verilmir. Özü də bu vəziyyət təkcə bizim məktəbdə deyil, rayonun digər kəndləri, ümumiyyətlə, bütün rayon məktəblərində oxşar hal yaşanır” - bu sözlər Cəlilabad rayonunun Vənlik kənd orta məktəbinin müəllimlərinə məxsusdur.

Onların sözlərinə görə, sonuncu dəfə sentyabrın 15-də ötən tədris ilinin məvacibini alıblar və o vaxtdan evlərinə maaş aparmayıblar. Məlum olur ki, bu, bir kənd yox, bütün rayon miqyasında baş verir.

Və müxtəlif məktəblərin müəllimləri eyni şayiəni söyləyirlər: onların məktəblərinə “5 min manat haqq qoyulub” və “bu haqq maaşlardan toplanır”. Niyə, nə üçün? Cavab yoxdur. Yəqin deputat bazar iqtisadiyyatı relslərinə keçid deyəndə elə bunu nəzərdə tuturmuş.

Ən maraqlısı isə Təhsil Nazirliyinin reaksiyasıdır. Oradan sorğuya cavab olaraq bildiriblər ki, yerli təhsil şöbələri və onların tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmir, ancaq “ödəmələrin vaxtlı-vaxtında ödənilməsi ilə bağlı bütün şəhər (rayon) təhsil idarə və şöbələrinə, o cümlədən Cəlilabad Rayon Təhsil Şöbəsinə rəsmi qaydada tapşırıqlar verilib”.

Göründüyü kimi, problemin nə başı var, nə ayağı. Səbəb, nəticə və bəhanələr bir-birinə qarışıb. Halbuki Cəlilabad nümunəsi yeganə deyil. Eyni situasiya Biləsuvar məktəblərində də formalaşıb. Orada rayonun Aşağı Cürəli kənd orta məktəbinin müəllimləri noyabrın 13-də birinci dərsə girməkdən imtina edərək xəbərdarlıq tətili keçiriblər və konkret şəxsin - rayon təhsil şöbəsinin müdiri Kazımovun məktəbə gəlməsini tələb ediblər. Səbəb - maaşların verilməməsidir.

Müəllimlər bir neçə gün əvvəl də xəbərdarlıq aksiyası keçirib və o vaxt onlara maaşlarını noyabrın 12-də verəcəklərini vəd ediblər. Ancaq sözlərini tutmayıblar. Sonunda rayon icra başçısının müavini müəllimlərə maaşlarının tam şəkildə noyabrın 17-də veriləcəyini bildirib. O tarixə də bir şey qalmayıb.

Eyni vəziyyətin ölkənin daha neçə rayonunda və məktəbində yarandığının statistikası yoxdur, ancaq ümumməlum faktdır ki, xüsusilə kənd və rayonlarda aşağı maaşla məşəqqətli həyata məhkum edilmiş pedaqoqların hətta bu az məvacibinin də kəsilməsi və gecikdirilməsi halları geniş yayılıb.

Başı struktur dəyişikliklərinə qarışan nazirlikdə isə islahatlar kimi təqdim olunan bu kadr dəyişikliklərinin ümumilikdə funksionallıqdan məhrumluğunun fərqində deyillər. Vəziyyət eynilə botokslaşmış sifət kimidir: forma dəyişir, funksionallıq isə nəinki əvvəlki kimi qalır, hətta daha da çətinləşir. Çünki botoks mimika əzələrini iflic edərək gah danışmağı, gah gülməyi çətinləşdirir. Yəni forma dəyişikliyinin məzmuna aidiyyəti olmur...

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam