Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müəllimlərin maaş əndişəsinə son qoyuldu

 

Son günlər müəllimlərə məvaciblərin artımla deyil, köhnə qaydada hesablanacağı ilə bağlı informasiya yayılır. 

"Xeberinfo.com":  Məlumata görə, artıq bir neçə gündür ki, bu barədə ANS PRESS-in “qaynar xətti”nə məlumatlar daxil olur. Məlumatda məktəblərin mühasibatlığına bununla bağlı məlumat daxil olduğu və müəllimlərə maaş artımının qüvvədən düşdüyü deyilib.
Məsələni araşdırmaq məqsədilə sayt Bakı Şəhər Təhsil İdarəsinə müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib: “Müəllimlərin maaş artımı məsələsi ilə bağlı sualınıza cavab olaraq bildirirəm ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib.
Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanmış, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq Hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra, belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35% artacaq.
Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 1 yanvar 2015-ci il tarixdən hesablanıb ödəniləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam