Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədova ittiham:Dövlət “Laçını abad et” dedi, o isə özünə “Lexus” aldı, qoşa villa ucaltdı...

Dövlət “Laçını abad et” dedi, o isə özünə “Lexus” aldı, qoşa villa ucaltdı...

Son bir ildir ki, Laçnda, eləcə də Zabuxda inşa edilən evlərin keyfiyyətsizliyi ilə bağlı ölkə
mediasında, sosial şəbəkələrdə çoxlu məlumatlar yayılmaqdadır.

Yenixeber.org: Yayılan video görüntülərdən də görünür ki, tikilən evlərin bir qismi həqiqətən də çox keyfiyyəsizdir və öz-özünə uçub tökülür.
Tikililərin keyfiyyətsiz olmasına səbəb isə tikinti işinə ayrılan vəsaitlərin mənimsənilməsidir.
Buna görə isə məsuliyyət heç şübhəsiz əlaqədar qurum və şəxslərin üzərinə düşür. Laçında aparılan tikinti işlərinə görə məsuliyyət daşıyan şəxslərdən biri, bəlkə də birincisi “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovdur.
Bir neçə ildir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini işləyən Nəsimi Əsədov, Laçında tikinti işləri başlayandan sonra şəxsi büdcəsini sürətlə genişləndirməyə, sahib olduğu daşınmaz əmlakların sayını artırmağa başlayıb. “Laçın Abadalıq Xidməti”nin rəhbəri kimi bütün tikinti prosesinə rəhbərlik edən bu şəxs, özünə “Lexus” markalı bahalı avtomobil alıb, Ceyranbatan qəsəbəsində qoşa villa inşa edib. Hər biri bir milyon manat dəyərində oıan villaların həyətində nəhəng hovuzlar, böyük meyvə bağları mövcuddur.
Laçınlıların doğma yurda köç etdiyi bir vaxtda Nəsimi Əsədov öz ailəsini Bakı həyatından ayırmır. Belə ki, onun övladları Bakıda rus sektorunda təhsil almaqda, xüsusi sürücü və baxıcıların qulluğundan faydalanmaqdadır.
Bundan başqa, Nəsimi Əsədov bütün yaxın qohumlarını ətrafına yığaraq onları Laçında mühüm vəzifələrə, önəmli postlara təyin etdirib. Sürücüsündən tutmuş köməkçilərinə, rayon idarə rəhbərlərinə qədər bütün şəxslər Nəsimi Əsədovun qohumlarından ibarətdir.
Sinif yoldaşları da Nəsimi Əsədovun səxavətindən yararlanan şəxslər siyahısındadır. Onların da bir çoxu məhz Nəsimi Əsədovun dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alıb. Nəsimi Əsədovun orta təhsilli, vaxtiylə Sumqayıtda dəllək şləyən qardaşı Rauf Əsədov isə Laçın işıq idarəsinin müdiri vəzifəsində çalışır. Bir sözlə, Laçın faktiki olaraq Nəsimi Əsədov tərəfindən özəlləşdirilib.
Ümid edirik ki, əlaqədar qurumlar Nəsimi Əsədovun fəaliyyətini (eləcə də fəaliyyətsizliyini) araşdıracaq, bu şəxsin bunca böyük sərvətə hansı yolla sahibləndiyinə, adi dəllək işləyən diplomsuz qardaşını müdir vəzifəsinə necə ytəyin etdirdiyinə aydınlıq gətirəcək.(yenisöz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam