Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək olub -FOTOLAR

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək olub

Sərfəli qiymətləri və müştərilərə uyğun təklifləri ilə tanınan operator “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “YAŞAT” Fondunun yeniyetmələr üçün təşkil etdiyi düşərgəsinə dəstək oldu.

Yenixeber.org: Naxçıvan Muxtar Respublikası ərazisində baş tutan düşərgəyə Azərbaycan və Türkiyədən 15-17 yaş arası, 50-dək yeniyetmə şəhid övladları dəvət edilib. Layihənin məqsədi ölkələrimizin ərazi bütövlüyü uğrunda həyatından keçən şəhidlərimizin əmanəti sayılan övladlarına mənalı və öyrədici istirahət imkanı yaratmaq və onları ölkəmizin tarixi məkanları və füsunkar təbiəti ilə tanış etməkdir.

21-24 avqust tarixlərini əhatə edən layihə çərçivəsində Əlincə qalasının və Batabat gölünün ziyarəti, həmçinin Naxçıvan qalasına, Əcəmi seyrangahına, o cümlədən, Möminə Xatun türbəsinə ekskursiyası nəzərdə tutulur.

“Nar”ın KSM strategiyası və həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam