Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Elnur Rəhimov atasının fabrikini seçki məntəqəsi etdirib

Seçki kampaniyasının başlamasından cəmi bir neçə gün keçib, lakin bir qəribəliyin şahidi olmuşam. Məlum olub ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.

Yenixeber.org: Bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd memar Elçin Əliyev bildirib. O qeyd edib ki, iki məntəqədə də seçki onun rəqibi, “Bakı Tikiş Evi”nin sahibi Fidail Rəhimovun oğlu Elnur Rəhimovun ailəsinə məxsus mülklətdə keçiriləcək:

“Mənim kimi Elnur Fidail oğlu Rəhimov da 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür. Çox yaxşı. O, atası Fidail Rəhimovun sahibi olduğu “Bakı Tikiş Evində” maliyyə üzrə direktor müavini vəzifəsində çalışır. Çox yaxşı və Allah onlara rifah və daha böyük sifarişlər versin. Lakin məni çaşdıran odur ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.
Təsəvvür edirsiniz?! İki məntəqədə seçkilər namizədin ailəsinə aid mülkiyyətdə keçiriləcək!
Amma narahat olmayın, dostlar və diqqət yetirin – mən yenə də qazanacağam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam