Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İnhisarçı iş adamı Fidail Rəhimovun oğlu ötən seçkidə uduzdu….-Yenidən necə “YAP”ın namizədi ola bildi?

“Bakı Tikiş Evi” ASC-nin  sədri  Fidail Rəhimov öz arzusuna çatıb.

Yenixeber.org: Belə ki, Yeni Azərbaycan Partiyasının açıqladığı siyahıda onun oğlu “Bakı Tikiş Evi” ASC-nin maliyyə işləri üzrə sədr müavini Elnur Rəhimovun deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
Azərbaycanda  vahid məktəbli formalarını öz monopoliyasına alan Fidail Rəhimov öz oğlunu bu siyahıya neçə saldırıb? Ölkədə kifayət qədər savadlı şəxslərin olduğu halda Yeni Azərbaycan Partiyası siyahıya Elnur Rəhimovun adını kimin tapşırığı ilə salıb?  Məlumatlara görə Elnur Rəhimovun adı son anda siyahıya əlavə edilib.

Fidail Rəhimovun canfəşanlığı öz nəticəsini verib. Məlumata görə, Fidail Rəhimov oğlunun adını bu siyahıya salmaq üçün hələ bir neçə ay öncədən hərəkətə keçib. Sonda o öz istəyinə çatıb.

Xatırladaq ki, “Bakı Tikiş Evi” ASC-nin  sədri  Fidail Rəhimov ölkədəki bütün məktəblər üçün geyim formasını tikir və bu formaları almaq məcburidir. Qeyd edək ki, ölkədə orta ümumtəhsil məktəblərində 1 milyon 600 min nəfər şagird təhsil alır. Bu sahə “Bakı Tikiş Evi” ASC-nin  sədri  Fidail Rəhimovun monopoliyasında olduğu üçün ondan başqa adam məktəblərə forma verə bilməz. Qiyməti Nazirlər Kabineti tənzimləsə də qara bazarda “Bakı Tikiş Evi” ASC öz istədiyini həyata keçirdir. Olduqca kefiyyətsiz matreallardan tikilən geyimlərin dəsti qara bazarda 90 mantda satılır. İl ərzində “Bakı Tikiş Evi” ASC bu formalardan təqribən 15 milyon manat gəlir götürür. Bundan əlavə güc nazirliklərinin də geyim formaları hansısa sehirli əl vasitəsilə Fidail Rəhimovun rəhbəri olduğu “Bakı Tikiş Evi” ASC-yə həvalə edilib. Bir sözlə ölkədəki bütün geyim formalarını məhz “Bakı Tikiş Evi” ASC həyata keçirir.

Reallıq bundan ibarətdir ki, Fədail Rəhimovun rəhbərlik etdiyi fabrik hazırda Azərbaycanda məktəbli formalarının istehsalı və satışı ilə bağlı inhisarçı müəssisədir. Baxmayaraq ki, Rəhimov KİV-ə açıqlamalarında bunu israrla təkzib etməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, monopolist müəssisələr, nə qədər nəzarət edilsə də, bazarda istədikləri qiyməti diqtə edə bilir. Əks halda F.Rəhimovdan soruşmaq lazımdır: niyə Azərbaycanda oxşar tikiş fabrikləri yoxdur? Nə üçün məktəbli formalarının sifarişi və istehsalı ilə digər fabriklər də məşğul olmurlar? Üstəlik, axı bu cür anoloji müəssisələri regionlarda yaratmaq olardı. Belədə həm əyalətlərdə yeni iş yerlərinin açılması istiqamətində kifayət qədər önəmli addım atılmış olar, həm də valideynlərin daha münasib qiymətə məktəbli formaları almasına “yaşıl işıq” yandırılardı. Bəs bütün bunlar hələlik real deyilsə, yaranmış belə vəziyyət kimin günahıdır? Təbii ki, Fədail Rəhimov kimi inhisarçı maraqları yüksək olan və bazarda yeni oyunçuların olmasını arzulamayan, istəməyən dairələrin!

Fidail Rəhimov öz oğlunu bu ASC-də maliyyə işləri üzrə sədr müavin təyin etməklə onun bir çox tenderlərdə asanlıqla qalib olmasına şərait yaradıb. Məhz bunun göstəricisidir ki, bu gün adı heç yerdə hallanmayan 35 yaşlı Elnur Rəhimov YAP-ın seçki siyahısına salınır. Burada hansısa böyük əllərin olduğu qaçılmazdır. Çünki ölkənin hakim partiyasının seçki siyahısına heç kimin tanımadığı, cəmiyyətdə nüfuzu olmayan bir şəxsin salınması olduqca anlaşılmazdır.

35 yaşlı Rəhimov Elnur Fidail oğlu Bakı şəhər Nəsimi rayon sakinidir. O 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirib. 2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirib. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olub. Ailəlidir 2 övladı var.

Qeyd edək ki, 9 fevral 2020-ci ildə növbədənkənar parlament seçkilərində “YAP”ın namizədi olaraq 23 saylı Nəsimi – Səbail seçki dairəsindən Ziyad Səmədzadəyə məğlub olmuşdur.(xalq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam