Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

Mövlam Şıxəliyevin oğlu MEYDAN SULAYIR -"“Bizim olan bizim də qalacaq!”"

 Keçmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış sabiq general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev Novxanıda “at oynadır”.
Yenixeber.org: Bu barədə redaksiyamıza ötürülən informasiyada deyilir.
Xəbərdə daha sonra bildirilir: "Bir müddət bundan öncə atasının Novxanıakı villasını hərrac yolu ilə 1 milyon 174 milyon manata alan Elgün Şıxəliyev, son bir aydır ki, bu villada yaxın qohum və dostlarına qonaqlıqlar verməkdə, ziyafətlər təşkil etməkdədir. Bu ziyafətlərin birində atasının həbsdən çıxacağını və əvvəlki gücünü bərpa edəcəyini bildirən Elgün Şıxəliyev, sahib olduqları əmlakları kimsəyə güzəştə getməyəcəklərini bildirib. O, qeyd edib ki, Novxanıdakı bu villanı hərrac yolu ilə alaraq yenidən əmlaklarının sırasına daxil etmək onun üçün şərəf işi olub. Elgün Şıxəliyev söyləyib ki, hansı yolla əldə edilməsindən asılı olmayaraq, onların kimsəyə nə isə vermək niyyətləri yoxdur.
O, bildirib ki, “bizim olan bizim də qalacaq!”. Bizneslərini genişləndirməkdə, yeni əlaqələr qurmaqda davam etdiyini bildirən Elgün Şıxəliyev atasını həbsdən çıxarmaq və düşmənlərlə hesablaşmaq üçün bütün gərəkli addımları atacağını vurğulayıb. Xatırladaq ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun özünün və
ailə üzvlərinin adına rəsmiləşdirilmiş 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. Prezidentin sərəncamı ilə Mövlam Şixəliyev "general-mayor" rütbəsindən və dövlət təltiflərindən də məhrum olunub".(Dia-az.İnfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam