Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Naxçıvanda vətəndaşlar özlərindən xəbərsiz işə düzəldilir, maaşları mənimsənilir -İLGİNC

Naxçıvanda məşğulluq mərkəzlərinə iş üçün müraciət edən vətəndaşlar özlərindən xəbərsiz işə düzəldilib və onlara ödənməli olan maaş mənimsənilib.

Yenixeber.org: Bu barədə məlumatı “Gündəlik Naxçıvan” yayıb. Şikayətçilərin verdiyi məlumata görə, məşğulluq mərkəzləri bu işdə bəzi dövlət idarələri ilə əlbir hərəkət edib. 

Məşğulluq mərkəzinə işə düzəldilmək üçün müraciət edən vətəndaşlardan sənədləri alınıb, gözləmələri tələb olunub. Sonradan məlum olub ki, onların iş gözlədiyi vaxtda əslində əmək kitabçlarına dövlət idarələrində birində staj yazılıb və həmin şəxslər bundan tamamilə xəbərsiz olub. 

Naxçıvan şəhər sakini, 48 yaşlı Nigar Əliyeva deyib ki, o, bu günlərdə xəbər tutub ki, əslində 1 ildir Təmizlik İdarəsində “işləyir”. O, bir ildən artıq Məşğulluq Mərkəzindən xəbər gözləsə də heç bir iş tapılmadığını görüb özü iş axtarmağa başlayıb. 

Şəhər Sanitar və Təmizlik İdarəsi məni işə götürə biləcəyini bildirdi və sənədlərimi istədi. Əmək kitabçamı və digər sənədlərimi almaq üçün Məşğulluq Mərkəzinə getdim. Lakin, orada əmək kitabçamı vermək istəmədilər. Səs-küy saldıqdan sonra ala bildim. Evdə gətirib vərəqlədim, gözlərimə inanmadım. Kitabçamda qeyd olunub ki, guya mən 10 aprel 2023-cü ildə Təmizlik İdarəsində işə götürülmüşəm.  İdarənin əmrində göstərilir ki, həmin tarixdən burada „təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi“ vəzifəsinə təyin edilmişəm. Ancaq, həmin dövrdə mən Naxçıvanda olmamışam, işləmək üçün Türkiyəyə getmişəm və mənim bu işdən heç bir xəbərim olmayıb.

Şikayətçinin sözlərinə görə, bu hal üzə çıxandan sonra Sanitar və Təmizlik İdarəsi onu işə götürməkdən imtina edib:

Əmək kitabçamı gördükdən sonra anladılar ki, mən bir il öncə “işə götürdükləri” həmin adamam. Bunu bilən kimi, məni işə götürməkdən imtina etdilər. Bu işə mən də məəttəl qalmışam. Bu saxtakarlığı niyə ediblər, bilmirəm. İşə götürülmüşəmsə, mənim bir ildən artıq maaşımı kim alıb?

Nigar Əliyeva ilə yanaşı, başqa şəhər sakini B. Musayev də oxşar halla üzləşib və bildirib ki, bunla bağlı məhkəməyə müraciət edəcək: 

Ötən ay xəbər tutmuşam ki, 6 ay öncə Məşğulluq Mərkəzi məndən xəbərsiz məni dövlət idarələrindən birinə işə düzəldib. Mərkəz idarə ilə əlbir olub, mənim maaşımı mənimsəyib, öz aralarında bölüblər. Saxtakarlıq görmüşdüm, bu qədərini də yox. 

Sakinlər bildirirlər ki, muxtar respublikadakı digər məşğulluq mərkəzləri də eyni saxtakarlığı edirlər.

Məşğulluq Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qalıb.(mikroskopmedia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam